Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Yüksək təzyiq zamanı nə etməli?

Təzyiq

Həkimlər arterial təzyiqin kəskin yüksəlməsini hipertonik kriz adlandırırlar. Bu, həqiqətən də, kritik vəziyyətdir və insan sağlamlığı üçün təhlükəli ola bilər. Baki-baku.az xəbər verir ki, təzyiqin yüksəlməsi hallarında təcili yardım çağırılması vacibdir. İlkin olaraq əgər özünüzü pis hiss edirsinizsə, təzyiqi ölçmək lazımdır. 160/90 mm c.s. və daha yüksək göstəricilərdə həkim tərəfindən təzyiqin kəskin yüksəlməsi halı üçün […]

Bu gün böyük Alman filosofu Fridrix Nitsşenin dünyaya gəldiyi gündür

Fridrix Nitsşe

Əsərləri ilə fəlsəfi fikir tarixini zənginləşdirən, böyük alman filosofu Fridrix Nitsşe Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhərində anadan olub. Atası Karl Lüdviq Nitsşe, Lüteran kilsəsinin keşişi, anası isə Franziska Nitsşe idi. Hər iki valideyni protestant ailəsindən idilər. Prussiya kralı IV Fridrix Vilhelmin anadan olmasının 49-cu ildönümüylə əlaqədar Nitsşeyə onun adını veriblər. Atasının və […]

Xalq rəssamı Səttar Bəhlulzadənin xatirə günüdür

Şamaxı Üzümlükləri

Bu gün Azərbaycanın görkəmli fırça ustası, xalq rəssamı Səttar Bəhlulzadənin xatirə günüdür. Mənzərə janrının banilərindən biri hesab olunan Səttar Bəhlulzadə qüdrətli bir sənətkar kimi Azərbaycanın tarixi şəxsiyyətləri ilə yanaşı, Azərbaycan təbiətinin incilərini də tablolarında əbədiləşdirib. Dünyaya tablonun və fırçanın gözü ilə boylanan Səttar Bəhlulzadənin irsi “Babək üsyanı”, “Fətəli xan”, “Füzulinin portreti”, “Abşeron etüdləri”, “Xəzər üzərində […]

Taksi sürücülərinin yerini robot taksilər alır

Cybercab

Dünən bizə nağıl kimi görünənlər artıq reallığa, həqiqətə çevrilir. Yüksək texnologiyaların, səlis məntiqin, robotlar vasitəsilə insan əlinin və əməyinin əvəz edilməsi imkanları elmi nəaliyyətlərin yeni istiqamətlərini müəyyənləşdirir. İnsan düşüncəsinin, analitik təfəkkürünün, ensiklopedik biliyin məntiqi nəticəsi olan bu yeniliklər həm də cəmiyyətə yeni düzən, nizam və görüntü gətirir. Tesla şirkətinin baş direktoru İlon Mask Kaliforniyada Warner […]

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. BakıBaku xəbər verir ki, oktyabrın 11-14-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib. Sarı xəbərdarlığa uyğun olaraq Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Kəlbəcər, Sabirabad, Biləsuvar, Masallı, Şirvan, Neftçala, Lənkəran, Cəlilabad, Goranboy, Naftalan, Gəncə, Şabran, Siyəzən, Xaçmaz, Xızıda fasilələrlə qərb küləyi əsəcək, […]