Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Bakıda məktəb direktorları ilə görüş olub, tapşırıqlar verilib

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.Bu barədə Baki-Baku.az-a idarədən məlumat verilib.Görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, BŞTİ-nin müdiri Nərminə Hüseynova, Yasamal və Nərimanov rayonları üzrə […]

Bu gecə yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Bu gecə yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var.Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.Hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir.

SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.Bu barədə Baki-Baku.az-a SOCAR-dan məlumat verilib.Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat […]

Hava şəraiti ilə əlaqədar qatarların sürət həddi endirilib

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə olunan qarlı-küləkli hava şəraitinə görə dəmir yolunda bəzi sahələrdə qatarların sürət həddi endirilib.Baki-Baku.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, bu səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.Hərəkət […]

Xəzər dənizində fırtına gözlənilir

Xəzər dənizində fırtına

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.Baki-baku.az xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyindən məlumat verib.Xəbərdarlığa əsasən, sabahdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi dekabrın 15-i səhər saatlarına kimi davam edəcək.Belə ki, küləyin sürətinin 18-23 m/s, arabir 25-30 […]

Bakıda MDB-yə üzv ölkələrin Könüllü Təşkilatlarının Forumu başlayıb

Könüllü Təşkilatlarının Forumu

Bakıda dekabrın 13-də MDB-yə üzv ölkələrin Könüllü Təşkilatlarının Forumu başlayıb.Baki-baku.az “Report”a istinadən xəbər verir ki, MDB iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir dekabrın 20-dək davam edəcək.Forum Azərbaycanın Gənclər və İdman Nazirliyi və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil olunur.Tədbirin məqsədi ideyaların mübadiləsi, könüllülük bacarıqlarının inkişafı […]

DÇ-2026: Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi

Futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki rəqibləri bəlli olub.Baki-Baku.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində təşkil olunan püşkatmada yığmamız IV səbətdə yer alıb.Püşkatma nəticəsində komandanın D qrupunda yarışacağı müəyyənləşib. Milli Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə eyni qrupda mübarizə aparacaq.

Azərbaycan badminton millisinin Bakıda keçiriləcək Avropa çempionatındakı rəqibləri müəyyənləşib

Azərbaycan badminton millisinin 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək qarışıq komandalar üzrə Avropa çempionatındakı rəqibləri müəyyənləşib. Baki-Baku.az xəbər verir ki bu barədə Azərbaycan Badminton Federasiyasından məlumat verilib. Bakı İdman Sarayında təşkil olunacaq turnirdə 8 komanda mübarizə aparacaq. I qrupda yer alan Azərbaycan millisinin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmaları olacaq. II […]

Azərbaycan futbol millisinin DÇ: 2026-nın seçmə mərhələsindəki rəqibləri bu gün bəlli olacaq

Azərbaycan millisi

Bu gün futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki rəqibləri bəlli olacaq. Baki-baku.az Apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Azərbaycan yığması püşkatmada IV səbətdə yer alacaq. I səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, […]

Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edilib

Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edilib

Əsrarəngiz memarlıq abidələri ilə qədimliklə müasirliyin möhtəşəm harmoniya yaratdığı paytaxt Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edilib. Baki-baku.az xəbər verir ki, “Bakı” adlı unikal sikkə paytaxtımızın tarixi əhəmiyyətini, doğma şəhərimizin zəngin mədəni irsini və dinamik inkişafını simvolizə edir.Sikkə üzərində təsvir edilmiş, əsrlərdir dillərdə dolaşan əfsanələri ilə paytaxtımızın gözəlliyinə əlavə bir cazibə qatan tarixi Qız […]

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors