Nəşr edilmişdir 12/13/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakıda MDB-yə üzv ölkələrin Könüllü Təşkilatlarının Forumu başlayıb

Könüllü Təşkilatlarının Forumu

Bakıda dekabrın 13-də MDB-yə üzv ölkələrin Könüllü Təşkilatlarının Forumu başlayıb.
Baki-baku.az “Report”a istinadən xəbər verir ki, MDB iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir dekabrın 20-dək davam edəcək.
Forum Azərbaycanın Gənclər və İdman Nazirliyi və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil olunur.
Tədbirin məqsədi ideyaların mübadiləsi, könüllülük bacarıqlarının inkişafı və sosial məsələlərin birgə həlli üçün müxtəlif ölkələrdən olan gəncləri birləşdirən dinamik platforma yaratmaqdır.
Forumun işində MDB-nin səkkiz ölkəsindən təxminən 100 gənc iştirak edəcək.
Tədbir çərçivəsində panel sessiyaları, dəyirmi masalar, müzakirə platformaları keçiriləcək və burada “Könüllülük və dayanıqlı inkişaf məqsədləri”, “Qlobal çağırışlar və yerli həllər”, “Gələcək nəsillər üçün planetin qorunması” və digər mövzular müzakirə olunacaq.
Forumun işinin nəticəsi əldə edilmiş səriştələr və biliklər, həmçinin könüllülük hərəkatı sahəsinin təkmilləşdirilməsi və dəstəklənməsi üzrə işlənmiş həllər olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. Baki-Baku.az

Ən son

ƏSAS XƏBƏRLƏR

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər xiyabanında hazırlıq işləri başa çatıb.Baki-Baku.az-a Bakı Şəhər

GÜNDƏM

Bakı şəhərinin Xətai rayonunda sursatlar aşkarlanıb. Bu barədə Baki-baku.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən

GÜNDƏM

Azərbaycan ərazisində yanvarın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-baku.az xəbər verir ki, bu barədə