Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

COP29 zamanı İçərişəhər və Qala muzeyləri on mindən çox ziyarətçi qəbul edib

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) günlərində İçərişəhər və Qala Qoruğu qonaqların ən çox ziyarət etdiyi və maraq göstərdiyi məkanlardan olub.Baki-Baku.az xəbər verir ki, bu müddət ərzində İçərişəhər və Qala qoruqlarında fəaliyyət göstərən muzeylər, mədəniyyət ocaqları və turistik yerlər 12000-dən artıq yerli və xarici turist tərəfindən ziyarət edilib.Muzeylərin […]

Növbəti iki gündə yağış yağacaq

Bakı və Abşeronda noyabrın 28-dən 29-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.Baki-Baku.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Məlumata görə, rayonlarda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, […]

Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciəti

“Payız-qış mövsümü üçün xarakterik olan yağışlı, çiskinli havalar yol hərəkəti iştirakçılarına bir sıra çətinliklər yaradır. Yağmurlu havalarda görmə məsafəsinin məhdudlaşması, avtomobillərin sürüşmə ehtimalının artması bəzən qəzaları qaçılmaz edir”.Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində qeyd olunub.Müraciətdə bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi hazırda ölkəmizdə, xüsusilə bölgələrdə müşahidə […]

Yeməkləri folqaya bükmək təhlükəlidir

Bir çox insanlar qida qalıqlarını alüminium folqaya büküb saxlayırlar. Lakin bu saxlama üsulu sağlamlıq üçün ciddi risklər yarada bilər.Baki-Baku.az bu barədə “Daily Mail”ə istinadla xəbər verir.ABŞ-dən olan biokimyaçı və qida təhlükəsizliyi eksperti Zakari Kartraytın sözlərinə görə, folqa, hermetik qablardan fərqli olaraq, təhlükəli bakteriyaların çoxalmasının qarşısını almaq üçün lazım olan hermetikliyi təmin etmir.“Qapaqları olan hermetik qablar, […]

Bakı metropolitenində iş rejimində dəyişiklik olacaq

Metro

Bakı metropoliteni noyabrın 28-də Azərbaycanı UEFA Avropa Liqası turnirinin əsas mərhələsində təmsil edən “Qarabağ” futbol klubunun oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq.Baki-Baku.az bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki.Məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında və Bakı metropoliteninin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, stansiyaların iş […]

Bu gün Azərbaycan Kəlağayısı günüdür

Kəlağayı

Milli mənəvi dəyərlər və geyim mədəniyyəti bizim tariximizdir. Özünəməxsus yeri olan kəlağayı, min illər boyu Azərbaycan qadınının baş örtüyü olmaqla yanaşı, həm də ləyaqət simvolu olub. Kəlağayının vətəni Azərbaycan, bilavasitə zəngin mədəniyyəti, xüsusən də saray mədəniyyəti ilə bağlıdır. Şirvanşahlar dövründə Basqalda və Şəkidə fərdi emalatxanalarda toxunan kəlağayı, sonralar ölkəmizin tikiş və toxuculuq sənayesində mühüm yer […]

Alimlər qida maddəsinə çevrilən plastik icad ediblər

Yaponiyalı alimlər dəniz suyunda tamamilə parçalanaraq qida maddələrinə çevrilə bilən plastik material hazırlayıblar. Bu, belə plastiklərin okeana düşdüyü halda tez bir zamanda ətraf mühit üçün təhlükəsiz komponentlərə çevrilməsi deməkdir.Baki-baku.az bu barədə “Science” jurnalına istinadən xəbər verir.Məlumata görə, material supramolekulyar polimerlərdən hazırlanıb. Belə bir struktur ona adi plastikdən daha möhkəm olmaq imkanı verir. Lakin duzlu suya […]

Baş Dövlət Yol Polisi İdarəsinin hava ilə bağlı piyadalara müraciəti

“Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır”.Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.Bildirilib ki, təhlillər göstərir ki, yağmurlu havada yolların sürüşkənliyi, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən qəzaların sayına əhəmiyyətli dərəcədə təsir […]

Qadın üçün dünyanın ən təhlükəli yeri – BMT-dən şok statistika

“Qadınlar üçün dünyanın ən təhlükəli yeri elə onun evidir”.Baki-Baki.az bu barədə BMT-nin feminisidlə (qadın qətlləri ilə) mübarizəyə dair qlobal hesabatına istinadən xəbər verir.Hesabata görə, 2023-cü ildə kişilər tərəfindən öldürülən 85 000 qadının 60%-i həyat yoldaşı, partnyoru və ya ailə üzvləri tərəfindən qətlə yetirilib.“Əldə olunan məlumatlar göstərir ki, qadınlar ən çox şəxsi həyatlarında və daha təhlükəsiz […]

Günəşdə güclü partlayış baş verib

Günəş

Alimlər Günəşdə X sinfinə yaxın güclü partlayış qeydə alıblar.Baki-Baku.az bu barədə TASS-a istinadən xəbər verir.“Noyabrın 25-də Bakı vaxtı ilə 11:42-də rentgen diapazonunda 34 dəqiqə davam edən M9.4 (N21E89) partlayışı qeydə alınıb”, – deyə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.Bundan başqa, noyabrın 25-də daha iki partlayış – M1.1 və M1.8 qeydə alınıb.