Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Bakıda Ukrayna Kino Günləri keçirilir

Ukrayna Kino Günləri

Bakıda “Ukrayna mədəniyyətinin yeni üfüqləri” layihəsi çərçivəsində Ukrayna Kino Günləri keçirilir. Baki-baku.az Teleqraf.com-a istinadən xəbər verir ki, dekabrın 1-dək davam edəcək tədbir çərçivəsində səkkiz film nümayiş olunacaq. Tədbirin xüsusi qonaqları ukraynalı aktyor və rejissor Ahtem Seitablayev, həmçinin Ukrayna Kinematoqrafçılar Milli İttifaqının sədri Sergey Borodenyuk olub. Rəsmi açılış mərasimində Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev çıxış edib: “Biz […]

Sabahdan Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişir

“Həzi Aslanov” stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropoliteninin “yaşıl” və “qırmızı” xətlərində qatarların hərəkət qrafikinə sabahdan etibarən dəyişiklik ediləcək.Baki-Baku.az bu barədə Oxu.Az-a istinadən xəbər verir ki, təmir müddətində xətlərdə hərəkətin təşkili, eləcə də “Həzi Aslanov” stansiyasının sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi məqsədilə digər texniki məsələlərlə bağlı bir sıra tədbirlər həyata […]

Milli Qəhrəman Natiq Qasımovun adı məktəbə verilib

Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.Baki-baku.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.Qərara əsasən, Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.Qeyd edək ki, bu Qərar Azərbaycan Prezidentinin 2024-cü il 25 iyun […]

8 Noyabr prospektində 120-dən çox işıqfor quraşdırıldı

Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi 8 Noyabr prospektində piyada və sürücülərin təhlükəsizliyi məqsədilə yeni işıqforlar quraşdırılıb.Baki-Baku.az bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən veriləm məlumata istinadən xəbər verir.Məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 8 Noyabr prospektinin müxtəlif […]

Təbiətə zərər verməyən plastik hazırlanır

Kanadanın Vaterloo Universitetinin tədqiqatçıları qida tullantılarını bioparçalanan plastikə çevirməyə imkan verən inqilabi texnologiya hazırlayıblar.Baki-Baku.az bu barədə “ACS ES&T Engineering” jurnalına istinadən xəbər verir.Yeni texnologiya yumşaq və elastik plastik istehsalını mümkün edir. Bu isə qida örtüklərinin hazırlanması, dərman maddələrinin çatdırılması, zədələnmiş toxumaların və orqanların bərpası kimi bir çox sahədə istifadə üçün böyük perspektivlər açır.Tədqiqatçılar PHA tipli […]

Mövsümün ən sevilən meyvəsi xurma – faydalı və ziyanlı tərəfləri

Xurma bir sıra faydalı xüsusiyyətlərə malikdir, müxtəlif vitaminlər, mikroelementlər və antioksidantlar tərkiblidir.Baki-baku.az bu barədə UfaTime.ru-ya istinadən xəbər verir.Ufa Respublika İctimai Sağlamlıq və Tibbi Profilaktika Mərkəzinin (Başqırdıstan, Rusiya) mütəxəssisləri bildiriblər ki, xurma böyük miqdarda yod tərkiblidir, buna görə də yod qəbulunun məhdudlaşdırılması tələb olunan xəstəlikləri olan insanlara – məsələn, qreyvs xəstəliyi (qalxanabənzər vəzinin xəstəliyi) olanlara onu […]

“Qarabağ” – “Lion” görüşünə görə yollar bağlanacaq

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində bu axşam Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü ilə bağlı stadionun ətraf küçələrinə avtomobillə giriş qadağan ediləcək. Baki-Baku.az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bas inspektoru Rüstəm Əhmədli deyib.“Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən […]

Bu gün və sabah Yer kürəsini geomaqnit qasırğası bürüyəcək

Noyabrın 28-29-da geomaqnit qasırğasının olacağı gözlənilir.Baki-baku.az bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının yaydığı məlumata istinadən xəbər verir. Məlumata görə, noyabrın 28-29-da Günəşdə baş verəcək alışmalar hesabına Yerdə geomaqnit qasırğası gözlənilir.“Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X sinif (R3 – güclü) alışmaların ola biləcəyi proqnozlaşdırılır. […]

Viruslu xəstəliklərin qarşısını almaq və immuniteti gücləndirmək üçün ən yaxşı meyvələrin adı açıqlanıb

Vitaminlərin və antioksidantların müntəzəm qəbulu kəskin respirator virus infeksiyaları (KRVİ) xəstəliklərinin tezliyini azaltmağa və orqanizmin bərpasını sürətləndirməyə yardımçı olur. Həkimlərin tövsiyələrində ən çox meyvələrin qəbulunun artırılması səslənir, lakin onların hamısı bu xəstəliklərlə mübarizədə eyni dərəcədə effektiv deyil. Bundan əlavə, qida rasionunda antioksidantların olmasının vacibliyini unutmamaq lazımdır – onlar hüceyrələri zədələnmədən qoruyur, iltihabı azaldır və orqanizmin […]

Azərbaycanda zəlzələ oldu

Cəlilabad stansiyasından 13 km şimalda, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.Baki-Baku.az bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata istinadən xəbər verir.Məluamat görə, yerli vaxtla saat 17:07-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.3-ə bərabər olub.Zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.