Nəşr edilmişdir 01/30/2025

Paylaşın

GÜNDƏM

Cahit Bağçı: “Əlvida çörək ətri qoxan küçələri və tut ağacları ilə İçərişəhər!”

Cahit Bağçı

Diplomatik fəaliyyətini başa vuran Türkiyə səfiri Cahit Bağçı sosial şəbəkələrdə Azərbaycanla bağlı vida paylaşımı edib.
Baki-baku.az xəbər verir ki, səfir paylaşımda Azərbaycanın müxtəlif bölgələrinin gözəlliyini, mədəniyyət və incəsənət zənginliyini, Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayıb:
“Əlvida can Azərbaycan!
Əlvida gənclik illərinin hüznü, yumruğumuzu yüksəldən türkün azadlıq avazı Qarabağ!
Əlvida ürəyimizin sızıntısı, zəfər coşğumuzun göz yaşı Xocalı!
Əlivda Bülbülün, Üzeyir Hacıbəylinin, Vaqifin və Xan qızı Natəvanın şəhəri, Qarabağın incisi Şuşa!
Əlvida Cıdır düzünün zəfəri salamlayan xarıbülbülləri!
Əlvida Nizami Gəncəvinin, Əhməd Cavadın və Nuru Paşanın şəhəri, müstəqillik atəşini yandıran şəhər Gəncə!
Əlvida dağların qoynundakı tarix və ipək qoxan şəhər Şəki!
Əlvida alma diyarı Quba!
Əlvida çaya adını verən şəhər Lənkəran!
Əlvida çörək ətri qoxan küçələri və tut ağacları ilə İçərişəhər!
Əlvida xeyriyyə təşkilatının piri, yoxsulun, yetimin, şəhid yaxınının və xəstənin dayağı, ənsar şəxs Zeynalabdin Tağıyev!
Əlvida dənizlərin və Xəzərin bəzəyi qağayılar!
Əlvida Şəhriyarın tarı, Alim Qasımovun muğamı…
Birlikdə çörək kəsdiyim, çay içdiyim dostlarım, sizlərə də Əlvida!
Sizə xoşbəxtlik və gözəl günlər arzu edirəm! Duz və çörək haqqı adına haqlarınızı halal edin. Uca Allah qardaşlığımızı, birliyimizi, həmrəyliyimizi daim etsin.
Salam bizlərin və Allahın bütün yaxşı qullarına.
Əlvida əziz dostlar,
Əlvida can Azərbaycan!”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.

Ən son

GÜNDƏM

2025-2030-cu illərdə Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin

GÜNDƏM

Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq.

GÜNDƏM

Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2025−2030-cu illərdə 20 ədəd sərnişin qatarının alınması