Nəşr edilmişdir 01/30/2025

Paylaşın

GÜNDƏM

Cahit Bağçı: “Əlvida çörək ətri qoxan küçələri və tut ağacları ilə İçərişəhər!”

Cahit Bağçı

Diplomatik fəaliyyətini başa vuran Türkiyə səfiri Cahit Bağçı sosial şəbəkələrdə Azərbaycanla bağlı vida paylaşımı edib.
Baki-baku.az xəbər verir ki, səfir paylaşımda Azərbaycanın müxtəlif bölgələrinin gözəlliyini, mədəniyyət və incəsənət zənginliyini, Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayıb:
“Əlvida can Azərbaycan!
Əlvida gənclik illərinin hüznü, yumruğumuzu yüksəldən türkün azadlıq avazı Qarabağ!
Əlvida ürəyimizin sızıntısı, zəfər coşğumuzun göz yaşı Xocalı!
Əlivda Bülbülün, Üzeyir Hacıbəylinin, Vaqifin və Xan qızı Natəvanın şəhəri, Qarabağın incisi Şuşa!
Əlvida Cıdır düzünün zəfəri salamlayan xarıbülbülləri!
Əlvida Nizami Gəncəvinin, Əhməd Cavadın və Nuru Paşanın şəhəri, müstəqillik atəşini yandıran şəhər Gəncə!
Əlvida dağların qoynundakı tarix və ipək qoxan şəhər Şəki!
Əlvida alma diyarı Quba!
Əlvida çaya adını verən şəhər Lənkəran!
Əlvida çörək ətri qoxan küçələri və tut ağacları ilə İçərişəhər!
Əlvida xeyriyyə təşkilatının piri, yoxsulun, yetimin, şəhid yaxınının və xəstənin dayağı, ənsar şəxs Zeynalabdin Tağıyev!
Əlvida dənizlərin və Xəzərin bəzəyi qağayılar!
Əlvida Şəhriyarın tarı, Alim Qasımovun muğamı…
Birlikdə çörək kəsdiyim, çay içdiyim dostlarım, sizlərə də Əlvida!
Sizə xoşbəxtlik və gözəl günlər arzu edirəm! Duz və çörək haqqı adına haqlarınızı halal edin. Uca Allah qardaşlığımızı, birliyimizi, həmrəyliyimizi daim etsin.
Salam bizlərin və Allahın bütün yaxşı qullarına.
Əlvida əziz dostlar,
Əlvida can Azərbaycan!”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə “Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr

Ən son

GÜNDƏM

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Baki-baku.az xəbər

GÜNDƏM

Son illər dünyada gənclər arasında təhsilə və çalışmağa maraq azalır. Bu gənclər həyatlarını valideynlərinin maliyyə

GÜNDƏM

Bakı şəhərində kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələr hazırlanıb və müvafiq qurumlara təqdim olunub.Baki-baku.az