Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/14/2025

Paylaşın

HƏR ŞEYDƏN

Cahillərin özünə düşkün halları

Cahil

Dünya bina olandan işıqla qaranlıq, yaxşılıqla yamanlıq, məhəbbətlə nifrət, kamillə cahil mücadilə edib. Son anda qalib gələn isə kamillik olub. Ədəb-ərkanlı, səliqə-sahmanlı, səbri, intellektual potensialı, analitik təfəkkürü ilə cahili yenən kamillər qüdrətli dövlətlər qurub, bəşəri dəyərlər xəzinəsinin incisinə çevrilən əsərlər yaradıb. Cahil insanların isə içi-içini yeyib, özünü özündə əridib. Özünə düşkün halları ilə fərqli dünyanın adamları olduqlarını sübut ediblər. Özünü hamıdan ağıllı, gözəl və düşüncəli bilən bu adamların qəribə olsa da, ən dəyərli, qiymətli çevrəsi olub. Bilgili adamların onların haqqında   söylədikləri yüz illərdir insanlığın maraq dairəsində olub. Onlara görə : “Cahil insanların 8 özəlliyi var: Onlara elə gəlir ki, hər şeyin yaxşısını onlar bilir. Heç nə araşdırmadan özlərini bilgili hesab edirlər. Onların bəzi xasiyyətinə dözüm göstərən kübar adamları zəif hesab edirlər. Əxlaq dərsi verməyi sevən bu adamlar qüsursuz olduqlarını düşünürlər. Bütün dialoqlarda özünü haqlı hesab edən bu adamlar başqalarının şəxsi işlərinə müdaxilə etməyi sevərlər. Anlayışsız, səmimiyyətdən uzaq davranışları ilə insanları incidər, cahil olduqları halda kamil və adil görünməyə çalışırlar.”

Onları alqışlayan cahilləri tez tanıyırlar

Cahillərin özünə düşkün halları barədə söz açan Desiderius Erosmus isə bu barədə deyir: “Səviyyələri qabiliyyətləri nə qədər az olsa da qürurları, ədaları, kin-nifrətləri bir o qədər çoxdur.

Amma, gəl ki, bu cahillər onları alqışlayan başqa cahilləri asanlıqla tanıyırlar”.

Az bilər, ağıl verərlər

Cahillər heç zaman ağılsızlıqlarından utanmaz. Bilmədikərini danışar. Dərk etmədiklərini yaymağa çalışarlar. Unudarlar, unudarlar ki, “Bir işi yaxşı bilənlər yapar, az bilən ağıl verər, bilməyən qüsur axtarar, yapmayan, əlindən gəlməyən isə çamur atar”.

Kamil insan ruhunun mücadiləsindən qalib dönər

Cahillərin meydan suladığı dünyanın əvvəl-axır imansızların əlinə keçəcəyindən nigaran olan türklərin ruhunun yiyəsi hesab etdiyi tarixi şəxsiyyətlərdən biri Alp Arslan Türkeş isə bu barədə deyirdi: “Bir millət ağlı, imanı, inamı, əxlaqı ilə yaşayar. Bir millətin qüdrətli, insanların güclü olması onun inamına, imanına, əxlaqına bağlıdır. Bunların üçü bir arada olanda kamil insan cahil insanı yenər, ruhun mücadiləsindən qalib dönər.

Şərəf Cəlilli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

O, sakitcə yaxınlaşır – səhər qəhvəsi içərkən, işdə gələn saysız-hesabsız e-poçtlar arasında, yaxud bitib-tükənməyən “deadline” yarışında.

Ən son

HƏR ŞEYDƏN

Dünya bina olandan işıqla qaranlıq, yaxşılıqla yamanlıq, məhəbbətlə nifrət, kamillə cahil mücadilə edib

HƏR ŞEYDƏN

Dünya bina olandan işıqla qaranlıq, yaxşılıqla yamanlıq, məhəbbətlə nifrət, kamillə cahil mücadilə edib
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin