Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/08/2026

Paylaşın

TARİX

Çağrı bəy — Səlcuqlu İmperiyasının Yaddaş Memarı

Bozqırların amanslz siyasi burulğanında yetişən, Dandanəkəndən əbədiyyətə yol gələn Sərkərdə

Qazi Mustafa Kamal Paşanın tarixi bir kəlamı var: “Nə mutlu Türküm deyənə!” Yüz illərdir insanları varlığı ilə Turana, Türk dünyasına qürur hissi yaşadan qüdrətli bir imperiya, dövlət düşünür. Tuğrul bəyin taxtında əyləşdiyi o imperiyanın qüdrətli ordusunun başında isə Çağrı bəy dayanır. Qüdrəti, yenilməzlik ruhu ilə Səlcuqluların əzəməti olan Çağrı bəy.

Böyük Səlcuqlu İmperiyasının əsasını qoyan Səlcuq bəy idi. 990-cı ildə doğulan Çağrı bəy Səlcuq bəyin nəvəsi, Mikayıl bəyin oğlu, Sultan Alp Arslanın atası idi. Atasını kiçik yaşda itirən Çağrı bəy qardaşı Tuğrul bəylə birlikdə bozqırların amansız siyasi burulğanında yetişdi.

Bu qüdrətli sərkərdənin qarşısında hazır bir ölkə, dolu xəzinə və düzənli bir dövlət yox idi. Təkcə onlara sədaqətli Oğuzlar, qüdrətli süvarilər və həyatla mübarizə etmək üçün iradə var idi.

Çağrı bəy Xorasanı tərk etməyə qarşı çıxdı

1035-ci ildə Səlcuqlular Xorasana köçdükdə Qəznəlilər onları bu torpaqlardan çıxarmaq istədilər. Səlcuqlu bəylərinin bir qismi geri çəkilməyi üstün tutarkən, Çağrı bəy Xorasanı tərk etməyə qarşı çıxdı. Çünki o, Qəznəli ordusunun yorğun olduğunu, hakimiyyətdən üz çevirdiyini görmüşdü.

Çağrı bəyin əmri ilə öncə Səlcuqlu atlıları Qəznəlilərin su mənbələrini istifadə olunmaz vəziyyətə gətirdilər. Ani basqınlarla onları əldən saldılar və açıq döyüşə girməkdən çəkinən Qəznəliləri səhralarda, bozqırlarda gücdən saldılar.

1040-cı il mayın 23-də Dəndənakanda əldə olunan zəfər sıradan bir qələbə deyildi. Bu tarixi savaşdan sonra Qəznəlilərin Xorasandakı hakimiyyəti iflasa uğradı. Bununla da Böyük Səlcuqlu İmperiyası tarix səhnəsinə qədəm qoydu.

İqtidarını gücləndirdikdən sonra dövlətin hərbi sistemini möhkəmlətdi

Zəfərdən sonra Tuğrul bəy sultan elan edildi. Batıya yönələrək Fars körfəzindəki və İraqdakı siyasi hakimiyyətinin təməlini qoydu. Çağrı bəy isə Xorasana, paytaxt Mərvə doğru irəlilədi. İqtidarını gücləndirdikdən sonra Doğu sərhədlərinə sahib çıxdı. Dövlətin hərbi sistemini möhkəmlətdi.

Ən önəmlisi isə Böyük Səlcuqlu İmperiyasının qüdrətli liderini — Sultan Alp Arslanı yetirdi. Məhz onun sarayından gələn Alp Arslan atasının qılıncla qurduğu qüdrətli dövləti imperiyaya çevirdi. Malazgird savaşı ilə Anadolunun qapısını türklərin üzünə açdı.

Çağrı bəyin oğulları Xorasandan Kirmana, Suriyaya qədər Böyük Səlcuqlu İmperiyasının sərhədlərini genişləndirməyə nail oldular. Adına sikkələr kəsilən imperiyanın sütunlarını möhkəmlədən Çağrı bəyin dünyaya vida nəğməsi oxuması ilə bağlı bir çox tarixçilər fərqli fikirlər söyləsələr, bir qrup 1060-cı ili, digər bir qrup isə 1059-cu ilin ortalarını əsas götürsə də, əsas fakt odur ki, o,varlığı, qüdrəti, əzəməti ilə imperiyanın taleyini dəyişdi.

Səlcuq bəyin möhürünü vurduğu Səlcuqlu İmperiyasının sütunlarını qılıncı ilə hördü. Bu səbəbdən də Səlcuqşünas alimlər tərəddüd etmədən qeyd edirlər: Tuğrul bəy Səlcuqlu İmperiyasının günəş kimi bərk vuran tavanı, qüdrətli hökmdarı, baş ideoloqu, Çağrı bəy isə savaş meydanındakı qüdrəti, cəsarəti, Xorasandakı idarəçilik əzmi və imperiyaya miras qoyduğu Alp Arslan adlı əzəməti ilə Yaddaş Memarı idi!

Məlikşah: “Biz türklərik, bir ölər, min dirilərik!”

O, qüdrətli memar, “Mən türkün Oğuz soyundan, Kınık boyundanam. Bütün məzlumların hamisi, Sultan Tuğrul bəyin qardaşı oğlu, Xorasan hakimi, biləyi bükülməz Çağrı bəyin oğlu Alp Arslanam!” nidası ilə Romen Diogeni diz çökdürən türk-müsəlmanın qüdrətini, əzəmətini, ilahi eşqini dünyaya bəyan edəcəkdi!

O, həm də “Biz türklərik, bir ölər, min dirilərik!” sevdası ilə Səlcuqlu İmperiyasının qübbəsinə çevrilən Məlikşaha ruhundan qida verəcəkdi!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 117-ci mövsümün başlanması ilə əlaqədar yaradıcı heyətlə görüş keçirilib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin