Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/20/2025

Paylaşın

GÜNDƏM

“Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldıldı

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması məqsədilə daha bir sahədə qatarların hərəkət intervalı azaldılıb.
Baki-baku.az “Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb.
Məlum olduğu kimi, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir. Buna baxmayaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12 dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub.
Qeyd edək ki, qatar hərəkətinin təhlükəsizliyini təmin edən sistemlərdə aparılmış texniki optimallaşma, sürət tənzimləmə sistemlərinin hərəkət sxeminə uyğunlaşdırılması və maşinistlərin iş rejimində edilmiş dəyişikliklər sayəsində belə bir nəticəyə nail olunub.
Bu addım sərnişin axınının daha çevik idarə olunmasına, eyni zamanda ümumi xidmət keyfiyyətinin yüksəlməsinə xidmət edir.
Bakı metropolitenində sərnişin rahatlığının təmin olunması istiqamətində texniki və təşkilati tədbirlərin davamlı şəkildə həyata keçirilməsi bundan sonra da diqqət mərkəzindədir.
Yeni hərəkət cədvəli Bakı Metropoliteninin rəsmi saytında yerləşdiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sabahdan aeroport yolunun bir hissəsində tətbiq olunacaq məhdudiyyətlərlə bağlı hərəkət iştirakçılarına təkrar

Ən son

SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin