Oktyabrın 27-də Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Baki-baku.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Nərimanov rayonunun Təbriz küçəsi 19, 19A, 19B ünvanlarında və Məhəmməd Məmmədov küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.