Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/29/2025

Paylaşın

GÜNDƏM

Buzovnada qanunsuz saxlanılan heyvanlar zooparka təhvil verilib

qanunsuz saxlanılan heyvanlar, Buzovna, Maral, The Farm, IDEA

Buzovna qəsəbəsində yerləşən “The Farm” adı altında fəaliyyət göstərən obyektin ərazisində qanunsuz şəkildə 9 baş xallı maral və makaka növünə aid 1 baş meymunun saxlanıldığı müəyyən edilib.
Baki-baku.az xəbər verir ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən, atçılıq mərkəzi və restoran kimi fəaliyyət göstərən iaşə obyektində təcili araşdırma tədbirləri həyata keçirilib.
Keçirilən yoxlama zamanı “The Farm” adı altında fəaliyyət göstərən obyektin ərazisində qanunsuz şəkildə 9 baş xallı maral və makaka növünə aid 1 baş meymunun saxlanıldığı müəyyən edilib.
Heyvanlar IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülərək ilkin olaraq klinik şəraitdə tibbi müayinədən keçirilib. Daha sonra onların sağlam və təhlükəsiz şəraitdə yaşamasını təmin etmək məqsədilə Bakı Zooloji Parkına təhvil verilməsi təmin olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 505 min

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Xalq artisti, tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı Hacı

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Xalq artisti, tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı Hacı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin