Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/01/2026

Paylaşın

TARİX

Bütov bir tarixi dövrün şahidi olmuş azərbaycanlı jurnalist: Piza qülləsi 1976-cı ildə

IMG_8188

Piza qülləsi artıq sadəcə memarlıq möcüzəsi deyil. O, demək olar ki, min il ərzində davamedən elmi tədqiqatların mərkəzinə çevrilib. Qüllə yavaş-yavaş əyilsə də, zamana təslimolmur, Piza şəhərinin simvolu olaraq qalır vədünyadakı ən çox tədqiq olunan tikililərdənbirinə çevrilib.

Azərbaycanlı jurnalist Azad Şərifovun qüllə haqda qələmə aldığı qeydlərdə nadir və xüsusidəyərli fikirlər əksini tapıb. 1976-cı ildə Şərifov, sovet nümayəndə heyətinin tərkibində İtaliyayasəfər edib.

İtaliya 1976-cı ildə kommunist qəzeti L’Unita(“Birlik”) tərəfindən keçirilən illik festivalıqəbul edirdi. Ənənəvi olaraq, bayrama Sovetİttifaqına daxil olan respublikalardan birininincəsənət kollektivi dəvət edilirdi və həmin ilAzərbaycan Dövlət Xalq Rəqs Ansamblıfestivala dəvət olundu. İncəsənət xadimləri ilə birlikdə jurnalist, publisist və öz dövrününtanınmış tədqiqatçısı Azad Şərifov (1930–2009) heyətin tərkibində İtaliyaya yola düşdü.

34 gün ərzində nümayəndə heyəti 32 şəhəriziyarət etdi, 24 konsert proqramı ilə çıxış etdi vəümumilikdə 100 mindən çox tamaşaçı topladı. Bu, sadəcə bir səyahət deyil, daha çox birmədəniyyət ekspedisiyası idi, burada Şərifovyalnız konsert proqramlarını deyil, həm dəİtaliyanın həyatını, memarlığını, ölkədəki ab-havanı və yerli sakinlərlə apardığı söhbətləriqeydə alırdı.

Onun qeydlərində xüsusi yer tutan məqam Piza şəhəri haqda məlumatlar oldu – jurnalistinsözlərinə görə, Piza şəhəri “əyilən qülləsi” iləyanaşı, həm də təxminən 100 minlik tələbəauditoriyası ilə məşhurdur. TələbələrAzərbaycan ansamblının konsertində əsastamaşaçı kütləsi oldu və Şərifovun qeyd etdiyikimi, proqramlar böyük uğurla keçirildi.

Peşəkar jurnalistin marağı qısa zamanda səhnəxaricinə çıxdı. Onun diqqətini şəhərin əsasmemarlıq incisi sayılan, mərmərdən tikilmişzəng qülləsi, kiçik monastır kompleksi olankilsə, xaç suyuna salınma məkanı və Kampo-Santo qəbiristanlığını əhatə edən abidə. Həmindövrdə qüllə təxminən artıq 800 il idi ki, əyilmişvəziyətdə dayanırdı.

Şərifov öz qeydlərində həmin dövrdə qülləyəaid rəsmi elmi araşdırmaların nəticələrini dəqiqşəkildə əks etdirir. O, Piza qülləsinin vəziyyətiniaraşdıran xüsusi komitənin sədri, professor Cüzeppe Tonolonun fikirlərinə istinad edir. Tonolo vəziyyəti izah edərək bildirmişdi ki, binayalnız o zaman dağılacaq ki, tikilinin ağırlıqmərkəzi dəyişəcək. 1970-ci illərdə aparılmışhesablamalara görə, əyilmə sürəti ildə birmillimetr artarsa, binanın dağılması yalnız ikimin ildən sonra baş verə bilərdi.

Şərifovun qeydlərinə əsasən, Piza şəhərindədəqiqliklə düşünülmüş mühəndislik fəlsəfəsihökm sürürdü. Dövlət işləri nazirliyininbürosunda belə hesab edirdilər ki, əsas məsələbinaya zərər verməməkdir: hər hansı birdüşünülməmiş müdaxilə qəzaya səbəb olabilərdi. Bu səbəbdən qülləyə toxunmamaq, lakindaimi nəzarətdə saxlamaq qərarı verilib. Həttaartıq o illərdə ziyarətçilərin daxil olabilməyəcəyi bir mərtəbədə, hər gün yerdəkititrəyişləri, tikilinin əyilməsini və seysmikaktivliyi qeydə alan ölçmə cihazlarıyerləşdirilmişdi.

Jurnalistin qeydlərində əyilmənin səbəbləriniizah edən tarixi açıqlama da yer alır. Qülləninilk memarı Bonanno, tikilinin əyilməsinimüşahidə edən zaman işi dayandırdı və torpağınçökməsini gözləməyi qərara aldı. Yeraltı sularvə tikintini sifariş edənlərin tələskənliyi özsözünü dedi. Tədqiqatçıların versiyasına görə, binanın təməlinin yerinə oturub stabil vəziyyətalması üçün ən az bir il tələb olunurdu, lakinartıq 1174-cü ildə birinci mərtəbə inşaedilmişdi.

Bir əsrlik fasilədən sonra tikintini Giovanni di Simone davam etdirdi. Üçüncü mərtəbəninəyilməsi isə həmin vaxta qədər 90 santimetriötüb keçmişdi. Memar mühəndislik ideyası irəlisürdü və riskə getdi: üst mərtəbələri dahayüngül materiallarla inşa etdi, divarlarınazikləşdirdi və hətta konstruksiyanın daxilindəboşluqlar yaratdı. Qüllə iç tərəfdən demək olarki, boş idi. Daşdan düzəlmiş spiral şəkillipilləkən də binanın əyilmiş tərəfinə yükünazaldılması üçün nəzərdə tutulmuşdu.

Qüllənin yekun forması 1350-ci illərə yaxıntamamlandı. Tikintinin sonuncu memarıTomaso d’Andrea Pizano, yeddinci vəsəkkizinci mərtəbələri inşa etdi və əyilməninəzərə akaraq, ən üst mərtəbəni şimalaistiqamətinə meylli tikdi. Qüllənin ağırlıqmərkəzi nəzərəçarpacaq dərəcədə dəyişdi, binanın çəkisinin artmaması üçün səkkizincimərtəbənin damı inşa olunmadı. Şərifovunmüşahidələri nəticəsində belə bir vacib nəticəyəgəlmək olar ki, inşaat prosesinin başlanğıcındaburaxılan səhvi sonrakı nəsillərin mühəndisliktəcrübəsi qismən kompensasiya etmişdi. Məhzbuna görə də, qüllə bu günə qədər ayaq üstədir.

Piza şəhəri əhalisinin arasında dolaşan xalqəfsanələrinə nəzər salan Şərifov onu da öyrənmişdi ki, binanın ilk memarı işinin haqqınıalmadığına görə aldadıldığını düşünüb. Buna cavab olaraq, qüllənin tikintisini özbaşınaburaxıb və bu səbəbdən bina əyilməyəbaşlamışdı. Memarın zəhmət haqqı ödənilsə də, binanın əyilməsi şəhərin gələcək rəhbərlərinədərs vermək məqsədilə olduğu kimisaxlanılmışdı. Şərifov da öz növbəsində həminəhvalatı hər hansı ironiya olmadan şəhərəfsanəsi kimi qeyd edir.

Azad Şərifovun qeydləri yalnız tarixi faktlarsayəsində deyil, həmçinin jurnalistin şəxsi baxışbucağı nöqeyi-nəzərindən dəyərlidir. Bu,sovetAzərbaycanı jurnalistinin baxışıdır, hansı ki, Piza qülləsinin hələ XX əsrin sonlarından əvvəl, müasir metodlarla binanın ayilməsininqarşısının alınmadığı bir dövrdə İtaliyaya səfəredib. Onun qeydləri tam bir dövrü əks etdirənsənəddir, hansı ki, onun yazılarında elm, tarix, mədəni həyatın izləri və insanın maraq dairəsibirləşərək vahid bir hekayəyə çevrilir.

Bəlkə elə buna görədir ki, Şərifovun təsvirindəPiza qülləsi sadəcə turist səfərinin simvoludeyil, canlı bir varlıq kimi görünür – inadkarolduğu qədər kövrək və inanılmaz dərəcədəmöhkəm bir tikili kimi…

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az Bakının köhnə avtobus dayanacaqlarının sakinlərin yaddaşındakı xatirələrinə nəzər salır.

Ən son

Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin