Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/11/2025

Paylaşın

TARİXİMİZ

Bunkerdə güllələnən, meyiti yandırılan, külü çaya səpilən Sovet lideri

IMG-20251211-WA0007

Stalinin ölümündən sonra faşizm üzərində qələbəsi ilə dünyanı heyrətləndirən SSRİ-də üçhakimiyyətlilik yaranmışdı. Ölkənin müvəqqəti, daha doğrusu, formal rəhbəri Georgi Malenkov idi. Partiyaya rəhbərlik edən Nikita Xruşşov və Daxili İşlər naziri Lavrenti Beriya arasında daxili çəkişmə davam edirdi. Onların hər üçü mövqeyini möhkəmləndirməyə çalışırdı. Lakin Nikita Xruşşov rəqiblərini qabaqlamaq üçün siyasi gedişlər edir. O, Malenkov, Bulqanin, Molotov və Jukovla birlikdə Lavrenti Beriyaya qarşı ittifaq yaradır. 30-cu illərin dəhşətli repressiyalarının başında duran Mircəfər Bağırovla qohumluq bağlarına – kirvəlik münasibətlərinə görə, onun önünün açılması üçün Dağıstan Vilayət Partiya Komitəsinin Birinci katibi Əziz Məmmədkərim oğlu Əliyevi belə ləkələyib sıradan çıxarmaqdan, mənəvi terrora məruz qoymaqdan çəkinməyən Beriya Xruşşovun gizli planının təhlükəsini hiss etmir. 1953-cü il iyunun 26-da SSRİ Nazirlər Sovetinin iclasında Böyük Britaniya casusu və keçmiş “Müsavat”çı olması ittihamı ilə həbs olunur. Dekabrın 23-də bunkerdə güllələnir, meyiti yandırılır, külü Moskva çayına səpilir. Deyilənə görə bu faktın alternativ versiyası da var. SSRİ dağıldıqdan sonra Beriyanın oğlu Serqo Beriya və Stalinin qızı Svetlana İosifovna bildirir ki, əslində həmin vaxt Nazirlər Şurasının heç bir iclası olmayıb. Beriya evində baş verən atışmada öldürülüb. Serqo Beriyanın həyat yoldaşı, Maksim Qorkinin nəvəsi Mariya Peşkova da, bu faktı təsdiqləyib.

Tarix həqiqəti sevir

Arxiv materialları sübut edir ki, həmin dövrdə Nazirlər Sovetinin iclası olub. İclas Beriyanı Böyük Britaniyaya casusluqda ittiham edib. Hadisənin necə cərəyan etməsindən asılı olmayaraq Beriyanın ölümü millətlərin katorqasına çevrilən imperiyanın iflasına uzanan məsafəni Xruşşov yumşalması ilə uzadıb. Xruşşov yumşalmasından sonra digər İttifaq respublikalardan biri kimi ölkəmizdə də milli siyasət yürüdülüb, insanlar nəfəs almağa başlayıb.

Beriya bolşevik Rusiyasının, Şura hökumətinin o liderlərindəndir ki, məzarı, mədfəni yoxdur. 30-cu illərin dəhşətli repressiyalarında Stalin, Mikoyan, Beriya üçlüyünün siyasəti ilə Azərbaycanda əlifbamız və ana dili dövlət dili olaraq ləğv edildi, ölkədə kərgüzarlıq işi rus dilində aparılmağa başladı. Ölkənin 35 mindən çox düşünən beyni Nargin adasında, Türküstan qırgəzlərində, Sibir çöllərində qurda, quşa yem oldu, məzarsız, kəfənsiz qaldı. Ataların bir misalı var: “Nə əkərsən, onu da biçərsən”, “Gen qaz, dərin qaz, özün düşərsən”. Təqdim etdiyimiz fakt sübut edir ki, 30-cu illərin dəhşətli repressiyalarından sonra həqiqətən də Beriya nə əkib, onu da biçib…

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, “John

Ən son

GÜNDƏM

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı - "Paysis" MMC-nin fəaliyyətini dayandırıb.

GÜNDƏM

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı - "Paysis" MMC-nin fəaliyyətini dayandırıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin