Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/07/2026

Paylaşın

TARİXİMİZ

Bunduktarinin satın aldığı, Sultan Eyyubinin sərkərdəyə çevirdiyi kölə

Sultan Baybars: “Bütün xaçlı yürüşlərin sonu türk-müsəlmanların qələbəsi ilə bitəcək!”

Müsəlman dünyasına qarşı Moğol istilasının  tarixdə  ilk dəfə qarşısını alan Sərkərdə Baybarsın sultana çevrilməsi bir türkün əzəmətinin, qüdrətinin göstəricisi olmaqla yanaşı, həm də köləni sultana çevirən Tanrının insana, insanlığa lütfüdür.  “Mən, Sultan Baybars, Moğolların əsiri, Məmlüklərin sultanı  və bir intiqamın andı olaraq yaşadım!” nidası ilə adını tarixə həkk edən bu qüdrətli hökumdar kim idi,  milli kimlik tariximizdəki yeri haradadır? Bu fakt  bu gün türk dünyasını və tarixçiləri düşündürən suallardandır. Cavabı isə çox sadədir. İradənin gücü, xarakterin əyilməzliyi, ən əsası İlahinin sevgisi!  

İki qüdrətli fatehimiz, imparatorumuz var ki,  adı çəkiləndə dünyanın dizi titrəyir: Çingiz xan, Əmir Teymur, Sultan Aybek, Sultan Qutuz və Nadir şah Əfşar. Aşağı təbəqənin nümayəndəsi kimi vardıqları saraylarda sultan olan, imperiyalar quran bu Liderlərin siyahısında bir əzəmətli sultan da var: Bunduktarinin satın aldığı, Sultan Eyyubinin sərkərdəyə çevirdiyi, kral Bahemondun qorxulu röya hesab etdiyi, badəsinə zəhəri özgəsi  deyil, özününkilərin süzdüyü –  Sultan Baybars!

1223-cü ildə Qara dənizin sahilində sadə bir Qıpçaq ailəsində bir oğlan doğulur. Atası körpənin adını Baybars qoyur.  O zamanlar Moğolların Batıya yürüşlərinin davam etdiyi dövr idi. Həmin yürüşlərin birində Baybars əsir düşür, Şama aparılıb qul bazarında satılır. Eyyubi sultanı, Salih Eyyubinin  məmlüklərindən biri – Bunduktari onu satın alır.  O dönəmdə  məmlüklər  kölə-əsgər sinifi idi. Köləlikdən yetişdirilən əsgərlərdən ibarət bir Ordu qolu olan məmlüklər sonralar tarixi zəfərlərə  imza atmaqla  uğurlara nail olmaqla kifayətlənmədilər, hakimiyyət başına belə keçdilər. Baybars bir kölə olaraq məhz məmlük əsgəri heyəti üçün alınmışdı. Xüsusi istedadı ilə digər kölələrdən fərqlənən Baybarsın əsgəri məharətini, döyüş qabiliyyətini dəyərləndirən Sultan Eyyubinin göstərişi ilə ona xüsusi təlimlər keçilir. Sərkərdələr tərəfindən döyüş texnikası öyrədilir.

Kölənin Məmlük sərkərdəsi titulu qazanması

Səlib yürüşünə çıxan xaçlılara qarşı mücadilədə xüsusi vəzifə alan Baybarsa rütbə verilir, köləlik statusu ləğv edilir.   Məmlük sərkərdəsi titulu qazanan Baybars elə bir zirvəyə ucalır ki, onu əsir edən Moğolların  tarixdə ilk dəfə iflasına nail olur.  Sübut edir ki, Moğol ordusunda yenilməz deyildir. O dövrdə Məmlük sultanı olan Seyfəddin Qutuz “Moğolların tabe olun xəbərini gətirən dörd elçisinin başını bədənindən ayırıb kəlləsini alır. Bu səbəbdən də savaş başlayır. İki qüdrətli ordu üz-üzə gəlir. Savaş xəritəsini isə Moğolların kiçik yaşında əsir alıb kölə bazarında satdığı sərkərdə Baybars cızır.  Orduya “Moğolları vur qaç!” əmri verən Baybars, ordunu vadiyə – səhraya çəkərək onları Məmlük oxçularının əzəməti ilə qarşı-qarşıya qoyur…”

Sərkərdə Baybarsı Misirin və Şamın Sultanına çevirən ov

Sultan Qutuzun savaş öncəsi Baybarsın Hələb şəhərinin idarəsinin ona tapşırılması istəyinə etinasız münasibəti Baybarsı üzsə də, o, savaşı zəfərlə başa çatdırır. Sultana isə siyasi fəaliyyətinin ən böyük səhvini edir.  Sultanla zəfərə imza atan Sərkərdənin münasibətləri soyuyur. Misirə döndükdən sonra Sultan Qutuz  yanına bir neçə sərkərdə alıb ova çıxır. Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki,  bu gün də müəmma kimi görünən  ov zamanı Sultan Qutuz həyatını itirir.  Deyilənə görə, sərkərdə Baybars Sultanı Hələbin yox cavabı ilə cəzalandırır. İki sərkərdənin üz-üzə gəlişi ilə Sultan Qutuz səltənətlə vidalaşdığı kimi sərkərdə Baybars sarayda Sultana çevrilir. Tarixçilər bu faktı “Sultanın səhvindən dünənin köləsi Baybars Misirin və Şamın Sultanına çevrildi” deyə ifadə edirlər.

170 ilin intizarına son qoyan, Antakya qalasını Fransanın işğalından azad edən Sultan

Qüdrəti, əzəməti, sərkərdəlik məharəti ilə sarayda Sultan olan Baybars köləlikdən səltənətə yol gələn bir dövlət xadimi kimi Misirin, Şamın inkişafı üçün mühüm qərarlar alır, fərmanlar verir. Bu azmış kimi “Taxtda oturub gün keçirməyən Kölə səltənət kölgəsində Səlib yürüşünə çıxan xaçlılara tarixi dərslər verir”. Şərqin,  Türk dünyasının parçalanması üçün qoşun yeridən qan içənlərin üstünə yeriyən bayraqlarını qalalardan endirən Baybars Fateh Sərkərdə – Sultan kimi tarix yaradır. Ən sonda isə 170 ildir müsəlman dünyasının, Türk sərkərdələrinin fəth edib ala bilmədiyi, Fransa ordusunun nəzarətində olan Antakya qalasını  4 günlük mücadilədən sonra ələ keçirir”.

Deyirlər, Antakyanın kralı Bahemond şəhərin fəthini ölüm fərmanı kimi qəbul edir. Bunun səbəbi Sultan Baybarsın Antakya qalasının qulağına sırğa olan bu tarixi kəlamı idi: “Ey soylu şəhzadə, Antakya fəth edildikdən bəri Bahemond deyil Bəy-mond oldun. Dedim, axı, 170 ilin qisasını kölə Baybars alacaq! Sərkərdə-Sultan Baybarsa təslim edəcək!”  Onu da deyirlər ki, Bahemondun ürəyinə ox kimi sancılan bu kəlamı xatırladıqca şahzadə Bahemond xəcalətdən yerə girməyi gəldiyini söyləməkdən çəkinmirmiş.  Sultan Baybars Şahzadə Bahemonda ünvanladığı məktub da ibrəti-aləmdir. Məktubu Vatikan kitabxanasında görmüş bir Türk, Azərbaycanlı olaraq qürurla qeyd edim ki,  onun üzünü görmək belə sonsuz səadətin özü idi. “Bütün xaçlı yürüşlərin sonu türk-müsəlmanların qələbəsi ilə bitəcək!”  Biz bu əzəməti 30 illik işğaldan, intizardan sonra Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin, Qüdrətli Azərbaycan Ordusunun iradəsi ilə 44 günlük Vətən Müharibəsində, Haqq davasında yaşadıq!

“Məmlük zindanlarında buradakılardan daha çox Fransız əsgəri var”

Sultan Baybars köləlikdən gəlmişdi.  Səltənətini kölə görməmək üçün düşmən üstünə yerimişdi. Kral Bahemondla anlaşma sənədinin imzalanması üçün onun qarşısına getməyi Misir Sultanının qüdrətinə, əzəmətinə sığışdırmamışdı. Bu səbəbdən də Bahemondla Sülh müqaviləsinin imzalanmasına nümayəndəsini göndərmişdi. Kral Bahemond  Sultanın təmsilçisinə və heyətinə zaman ayırıb, diqqət göstərmir. “Bütün xaçlı səfərlər müsəlmanın qanının içilməsi üçün planlanır” cavabı ilə kral Bahemondu qəzəbləndirən nümayəndə heyətinin rəhbəri kralın bu acı, eyni zamanda tənəli cavabı ilə üzləşir: “Arxada savaşmaq üçün hazır vəziyyətdə olan fransız əsgərlərini görmürsünüzmü?” Bununla kral Sultanın nümayəndəsinin gözünü qırmaq istəyir. Bu cümlənin barışıq sənədində əksini tapmasını istəsə də, o, Sərkərdə-Elçinin Misir Sultanına layiq cavabı ilə üz-üzə qalır: “Məmlük zindanlarında buradakılardan daha çox fransız əsgəri var!”

Səlahəddin Eyyubinin ala bilmədiyi Kerak qalasını fəth edən, zəhərli qədəhə qurban gedən Sərkərdə-Sultan

Bu tarixi nailiyyətin dalıyca Sultan Baybars Sultan Səlahəddin Eyyubinin belə fəth edə bilmədiyi  Kerak qalasını xaçlıların əlindən alır. Növbəti bir səfərindən döndükdə isə döyüş meydanında qanlı savaşlarda düşmən qılıncına doğranmayan Misir Sultanı  qədəhinə süzülən zəhərlə qətlə yetirilir.  Bu adı çəkiləndə dünyanın dizi titrəyən Atillanın, Nadir Şah Əfşarın zəhər və kədər camına bənzər Dərd, Ölüm idi! Ölüm mələyi isə təəssüf ki, uzaqda deyildi! Öz içimizdə idi…

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin (İB) Bakı Teleqüllə Kompleksində

Ən son

GÜNDƏM

Bakıda yanvarın 9-da havanın yağmursuz olacağı, bəzi rayonlara qar yağacağı gözlənilir.

GÜNDƏM

Bakıda yanvarın 9-da havanın yağmursuz olacağı, bəzi rayonlara qar yağacağı gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin