Builki Novruz çərşənbələri tonqallarında ümumilikdə üç nəfər xəsarət alıb ki, bunlar Bakı ərazində olub.
Baki-baku.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Su çərşənbəsində Binəqədi rayonu, Biləcəri qəsəbəsində 15 yaşlı yeniyetmə və Nizami rayonunda 9 yaşlı uşaq xəsarət alıb. Su çərşənbəsində bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxslərə zəruri ixtisaslı tibbi xidmət göstərilib və artıq ambulator müalicə üçün evə buraxılıblar.
Torpaq çərşənbəsində isə 9-cu mikrorayon ərazisindən 2018-ci il təvəllüdlü azyaşlı üçün çağırış qeydə alınıb.
Xəsarət alan azyaşlıya yerində tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycanda Novruz bayramına azı dörd həftə qalmış hər həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur.