Bu ilin yay mövsümündə (iyun, iyul, avqust) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 100-ə yaxın şəxsin müraciəti qeydə alınıb.
Bu barədə Baki-baku.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, daxil olan müraciətlərdən 76-sı Bakı şəhəri üzrə olub və onlardan 36 nəfər aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya edilib. Digər 35 nəfərə yerində tibbi yardım göstərilib, 5 nəfər isə hospitalizasiyadan imtina edib.