2025-ci ilin yanvar-aprel aylarında “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda yerli ziyarətçilərin sayı 80 mindən çox, yerli ziyarətçilərin sayı isə 7 mindən çox olub.
Baki-baku.az xəbər verir ki, yanvarda yerli 1375, əcnəbi 16671, ödənişsiz 1324; fevralda yerli 1020, əcnəbi 14733, ödənişsiz 747; martda yerli 2284, əcnəbi 18868, ödənişsiz 2196; apreldə yerli 2503, əcnəbi 31104, ödənişsiz 3145 olmaqla, ümumilikdə yerli 7182, əcnəbi 81376, ödənişsiz 7412 ziyarətçi olub.
Bilet qiymətləri: Azərbaycan Respublikasının vətəndaşları üçün 2 manat, tələbələr üçün 1 manatdır. Əlilliyi olan şəxslər, məktəblilər, qazilər, müharibə veteranları, şəhid ailəsinin üzvləri üçün giriş pulsuzdur. Xarici ölkə vətəndaşları üçün bir nəfərlik biletin qiyməti 9 manatdır. 12 yaşı tamam olmayan xarici ölkə vətəndaşları üçün giriş pulsuzdur.