Nəşr edilmişdir 11/16/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bu gündən POS-terminalların quraşdırılmaması halları ilə bağlı yoxlama başlayır

Bu gündən etibarən POS-terminal quraşdırılmayan vergi ödəyiciləri ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Baki-Baku.az Oxu.az-a istinadən bildirir ki, bu barə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, qanunvericiliyin tələblərinə baxmayaraq, müşahidələr zamanı bir sıra obyektlərdə ümumiyyətlə POS-terminal quraşdırılmadığı məlum olub.
Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.
Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır.
Xatırladaq ki, ötən gün (15 noyabr) “kartdan-karta” üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib.

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba

Ən son

DİGƏR XƏBƏRLƏR

Regional istiləşmə həddini əvvəllər düşünüldüyündən daha tez görəcəyik.Baki-Baku.az bu barədə “Moskovski Komsomolets”ə istinadən xəbər verir.Məlumata

DİGƏR XƏBƏRLƏR

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio

DİGƏR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətindən