Nəşr edilmişdir 12/15/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin doğum günüdür

Səttar Bəhlulzadənin doğum günüdür

Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V.A.Favorskinin və Q.M. Şaqalın tələbəsi olub.

Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri (“Babək üsyanı”, “Fətəli xan”, “Xəttat Mir Əli” və s. ) əsas yer tutub. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaradıb. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənib, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayıb. 1946–1947-ci illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri (“Buzovna neft mədənləri”, “Əmircan” və s.) nümayiş etdirilib.

“Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir”. Bu Səttar Bəhlulzadənin yaradıcılığını səciyyələndirən və doğma Azərbaycan torpağına sevgisini əks etdirən öz sözləridir.

Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931–1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib.

Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan”, “Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Bakıda atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Suraxanı atəşgahı”,”Əmircan”, “Neft daşları”, “Şamaxı üzümlükləri” və s. əsərləri əsas yer tutub.

Onun mənzərə-peyzajlarında, lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilib.

Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilib. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.

Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Səttar Bəhlulzadə Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960), Azərbaycan SSR Xalq rəssamı (1963), Azərbaycan SSR Dövlət mükafatı laureatıdır (1972).

Səttar Bəhlulzadə iki “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunub.

Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılıb.

Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib. Əmircan kəndində dəfn olunub, qəbri üstündə ona abidə ucaldılıb.

Mənbə: Az.Baku-art.com

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin anadan olmasından 113 il ötür. «Bakı» qəzeti fəaliyyətə başlayanda

Ən son

ƏSAS XƏBƏRLƏR

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb.Baki-baku.az President.az-a istinadən bildirir ki, məktubda

GÜNDƏM

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul

GÜNDƏM

Bakıda Azərbaycan Din Xadimlərinin Forumu öz işinə başlayıb.Baki-baku.az xəbər verir ki, tədbir “Dini maarifləndirmənin aktual