Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/24/2026

Paylaşın

GÜNDƏM

Bu gün Xalq artisti Aftandil İsrafilovun doğum günüdür

IMG-20260124-WA0035

Yanvarın 24-ü Azərbaycanın Xalq artisti, tanınmış qarmon ifaçısı və bəstəkar Aftandil İsrafilovun doğum günüdür.

Baki-baku.az xatırladır ki, Aftandil İsrafilov 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə daxil olsa da, musiqiyə olan böyük sevgisinə görə təhsilini yarımçıq qoyaraq ömrünü sənətə həsr edib.

O, “Azkonsert”in nəzdində yaratdığı ansambla rəhbərlik edib. 1970-ci ildə Xalq artisti Zeynəb Xanlarova ilə birlikdə Türkiyəyə qastrol səfərindən sonra dünyanın müxtəlif ölkələrində Azərbaycan musiqisinin təbliği ilə bağlı konsert proqramları ilə çıxış edib.

Aftandil İsrafilov dinləyicilərin yaddaşında dərin iz qoymuş “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” və digər 100-ə yaxın musiqi havasının müəllifidir.

Sənətkar 1998-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına, 2016-cı ildə isə “Şöhrət” ordeninə layiq görülüb. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub və Dağıstan Respublikasının Xalq artisti adına da layiq görülüb.

Aftandil İsrafilov 29 aprel 2023-cü ildə vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.
Onun zəngin yaradıcılığı və Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr yaddaşlarda daim yaşayacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Metropoliteninin Əhmədli stansiyanda böyük sıxlıq yaranıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin