Nəşr edilmişdir 12/06/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü — 2006-cı il 6 dekabrdan etibarən hər il qeyd olunan peşə bayramıdır.
Baki-Baku.az xatırladır ki, bu peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il, 1804 nömrəli sərəncamı ilə təsis edilib.
Ümumiyyətlə isə, Azərbaycanda rabitə sahəsi ya qədim zamanlardan, Qazan xanın poçt sahəsində islahatları, Şah İsmayıl Xətainin poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoymasından başlayır. Sözsüz ki, yeni dövr rabitə sahəsinin inkişafı ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Həm sovet dönəmində, həm müstəqillik illərində ölkəmizdə sahənin inkişafına xüsusi diqqət ayrılıb. Bu gün dahi liderin siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev rabitə və informasiya texnologiyaları sektorunu, informasiya və biliklər iqtisadiyyatının inkişafını ölkəmizdə prioritet sahə elan edib.
2019-cu ildə “Aztelekom” MMC-nin kommutasiya şəbəkə sistemlərinin yenilənməsi layihəsi çərçivəsində İMS internet protokolu əsasında idarə olunan çoxsaylı giriş şəbəkələrində işləyən və səs trafiki mübadiləsinin idarə edilməsi funksiyasını daşıyan yeni texnologiya tətbiq edilib. Prosesin tamamlanması və tam miqrasiyasının həyata keçirilməsi işləri 2025-ci ildə yekunlaşacaq. 2022-ci ildən etibarən “Aztelekom” MMC-nin magistral fiber-optik transport şəbəkəsinin alternativliyinin təmin edilməsi üçün yeni magistral kabellərin tikintisinin davam etdirilməsi üzərində intensiv işlər aparılır. Bu layihənin də 2025-ci ildə yekunlaşması nəzərdə tutulub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2021-ci ildən etibarən görülmüş işlər nəticəsində 2,965.3 min və ya 99,4 faiz ev, mənzil və biznes subyekti yüksəksürətli, sabit genişzolaqlı internet xidmətləri ilə əhatə olunub.
Nazirlikdən verilən məlumatına əsasən, layihə üzrə 2024-cü ilin ötən dövrü ərzində Azərbaycanda əlavə olaraq 1,05 milyondan çox ev, mənzil və biznes subyektinin (təsərrüfat) yüksəksürətli sabit genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə isə 3 milyona yaxın təsərrüfat yüksəksürətli sabit genişzolaqlı internetlə əhatə olunub.
2024-cü ilin sonunadək bütün ölkə ərazisinin yüksəksürətli sabit genişzolaqlı şəbəkə ilə təchiz olunması nəzərdə tutulub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. Baki-Baku.az

Ən son

ƏSAS XƏBƏRLƏR

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər xiyabanında hazırlıq işləri başa çatıb.Baki-Baku.az-a Bakı Şəhər

GÜNDƏM

Bakı şəhərinin Xətai rayonunda sursatlar aşkarlanıb. Bu barədə Baki-baku.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən

GÜNDƏM

Azərbaycan ərazisində yanvarın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-baku.az xəbər verir ki, bu barədə