Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/07/2026

Paylaşın

TARİXİMİZ

Bu gün Nəsir İmanquliyevin xatırlanan günüdür

“Əkinkçi”, “Füyuzat”, “Molla Nəsrəddin” ədəbi məktəblərindən sonra adını milli mətbuat tarixinə “Bakı” və “Baku” məktəbləri ilə yazan professor Nəsir İmanquliyev bütün həyatını milli mətbuatın, media və kommunikasiya vasitələrinin inkişafına həsr etdi. Cəmiyyətin maariflənməsi, məlumatlandırılması üçün çoxsaylı mətbu orqanların baş yazarı kimi tarix yaratdı. Bütün həyatının bağlı olduğu ünvan isə Bakı Şəhər Soveti – Bakı Şəhər İcra Hakimiyyəti oldu. Bu gün Nəsir İmanquliyevin xatırlanan günüdür.

Baki-baku.az “Mətbuat fədasi” layihəsi çərçivəsində işıq üzü görən eyniadlı kitabdan Nəsir İmanquliyev məktəbinin müdavimlərindən biri AzərTAc-ın direktor müavini Dağbəyi İsmayılovun “Mətbuatımızın siması” yazını təqdim edir:

Adı, soyadı milli mətbuatımızın salnaməsinə qızıl hərflərlə yazılmış novator redaktor, böyük bir jurnalist ordusu yetişdirmiş müdrik müəllim, tanınmış ictimai xadim Nəsir Əsədulla oğlu İmanquliyevin simasında, belə demək mümkünsə, bir necə şəxsiyyətin, bir neçə yaradıcı fərdin ali məziyyətləri təcəssüm tapmışdı. O, ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universitetinin auditoriyalarına daxil olanda əsl alim və müəllim, özünün yaradıb, fasiləsiz 30 il rəhbərlik etdiyi “Bakı” və “Baku” qəzetləri redaksiyasının kandarından içəri qədəm qoyanda istedadlı qəzetçi, mahir redaktor və böyük mühərrir, dalbadal 10 çağırış deputat seçildiyi Bakı Səhər Sovetinin sessiyalarına, mötəbər idarələrin yığıncaqlarına, fərdi təqaüdə çıxandan sonra sədrin müavini vəzifəsində çalışdığı Bakı Veteranlar Şurasının tədbirlərinə gedəndə tanınmış ictimai xadim, kollektiv üzvlərinin xeyir və sərində isə müdrik ağsaqqal idi.

Bir çox yetirmələri kimi, bu sətirlərin müəllifi də həm isə götürülərkən, həm də o zaman daha yüksək statuslu qəzetə dəvət edilərkən Nəsir müəllimin 10 qətiyyətinin, qayğı və sayğısının şahidi olub.

…1975-ci ilin mayında universitetin jurnalistika fakültəsi məzunlarının diplom işinin müdafiəsi idi. Bundan bir qədər əvvəl isə təyinat bölgüsü olmuşdu. Mənim təyinatımı “Elm və həyat” jurnalının redaksiyasına vermişdilər. Hələ diplom almasaq da, digər sənədlərimi artıq iş yerimə təqdim etmişdim. Sözün qısası, diplom işimi müdafiə edib auditoriyadan çıxanda dövlət imtahan komissiyasının üzvlərindən biri olan professor Nəsir İmanquliyev məni geri çağırıb dedi:

– Oğul, uzağa getmə, sənə sözüm var.

Bir azdan Nəsir müəllim otaqdan çıxdı. Qolumdan tutub maşına əyləşdirdi və məni redaksiyaya gətirdi. Kabinetə keçib yerində əyləşəndən sonra 5 il ərzində həmişə mülayim və gülərüz gördüyüm müəllimim ciddi və amiranə tərzdə dilləndi:

– Sabahdan bizim redaksiyada işə çıxarsan!

– Axı mən “Elm və həyat” jurnalında …

Fikrimi yekunlaşdırmağa imkan vermədi:

– Bilirəm, Rza Şahvələdlə (o vaxt jurnalın bas redaktoru idi) danışaram, təyinatını dəyişdirmək mənim boynuma.

Beləliklə, ertəsi gündən “Bakı” qəzetinin redaksiyasında işə çıxdım. Ancaq düz altı aydan sonra tam ştat müxbir vəzifəsinə təyin olunmağım barədə əmr verildi.

Həmin altı ayda nə əzab-əziyyət çəkdim, bir Allah bilir. Yazılarımı 2-3 dəfə yazdırdıqdan sonra 1-ci variantını qəzetə verir, adi bir faktdan ötrü məni dönə-dönə uzaq obyektə göndərir, isə 53 dəqiqə gecikməyimə görə ciddi tənbeh edir, bəzən səbəbsiz yerə danlayıb hövsələdən çıxarmağa çalışır, hətta redaksiyanın əməkdaşlarından hər hansı birinin ad günü və ya başqa bir məclisinə gedəndə məni yaxma buraxmırdılar. Sözün düzü, səbrim tükənsə də, dözürdüm…

Nəhayət, Nəsir müəllim məni yanına çağırdı və dedi:

Təbrik edirəm, sınaqdan yaxşı çıxdın, bu gündən tam ştata əmrini, vermisəm.

Nəsir müəllim kadrları belə seçir, sınayır və yetişdirirdi. Düz 13 il – təqaüdə çıxanadək Nəsir müəllimin redaktorluğu ilə işlədim və günlərin birində “Kommunist” qəzetindən dəvət aldım.

70-ci illərin ortaları idi. “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) işləmək üçün sənədlərimi hazırlayıb təqdim etdim, Mərkəzi Komitədə söhbətdən keçdim, necə deyərlər, hələ ki, hər şey xeyrimə işləyirdi. Amma Nəsir müəllim bundan xəbər tutanda, sözün əsl mənasında, tufan qopardı. Dəstəyi qaldıraraq Mərkəzi Komitəyə zəng vurub ciddi etirazını bildirdi. “Kommunist”in redaktorunu tapıb qədərincə danladı və mənim iş yerimi dəyişmək barədə ərizəmi cırıb ötkəmliklə dedi:

– Nə qədər ki, buradayam, səni heç yana buraxmayacağam. Get başını aşağı sal, işinlə məşğul ol.

Bax, Nəsir müəllim yetirmələrini bu cür qoruyur, işlədir və işləyirdi.

O, adətən, tərcümələrini mənimlə oxuyardı. Belə məqamların birində qapı açıldı. İs yoldaşlarımızdan biri içəri daxil olub digər həmkarımız haqqında çuğulçuluq elədi. O vaxtadək Nəsir müəllimi belə qəzəblənən görməmişdim. Həmin əməkdaşa dediyi acı sözləri bir batman balla da yemək olmazdı. Nəsir müəllimi başqalarından fərqləndirən cəhətlərindən biri də sözünü bu cür qətiyyətlə deməsi, haqqı nahaqqa verməməsi, həmişə, hər yerdə ədalətli olması, ağsaqqal mövqeyində dayanması idi. Məhz bu amillərə görə idi ki, Nəsir müəllim təməlini qoyduğu səhər qəzetlərinin 30 il fasiləsiz redaktoru işlədi, hər gün bir-birindən maraqlı iki qəzet buraxdı.

Zənnimcə, Azərbaycan milli mətbuatı tarixində belə bir sans, belə bir xoşbəxtlik hələ heç bir redaktora nəsib olmayıb.

Söhbət düşəndə Nəsir müəllim iftixar hissi ilə deyərdi:

– Mənim iki evim, iki ailəm var. Biri yaşadığım ev, biri də çalışdığı

redaksiyadır. Hər ikisi mənə doğma və əzizdir.

Nəsir müəllimi yaxından tanıyanlar bilirdilər ki, bu sözlər onun qəlbinin dərinliklərindən süzülüb gəlir. Həqiqətən də, belə idi. O, doğrudan da, hər iki evi, hər iki ailəsi ilə nəfəs alırdı. Bu sevginin, bu istəyin nəticəsi idi ki, Nəsir müəllim təqaüdə çıxandan sonra da redaksiya ilə müntəzəm əlaqə saxlayır, “Bakı” və “Baku”nun hər sayını alıb diqqətlə oxuyur, dərhal zəng vurub iradlarını deyir, tövsiyələrini verirdi. Hərdən zarafatla deyirdi: “Məni “Bakı”ya müxbir götürsələr, böyük həvəslə gəlib işləyərəm”. Fikir verin, başqa qəzetə yox, “Bakı” qəzetinə! Bu, Nəsir müəllimin ikinci evinə

“Bakı”ya olan sönməz sevgisinin təzahürü idi. Bu, sənət sevgisi, həyat sevgisi və insan sevgisi idi! Belə bir yüksək sevgi, belə bir yüksək amal ilə yaşamaq, ömrü basa vurmaq hər adama nəsib olmur.

Nəsir müəllimin fəxri adları, fəxri mükafatları çox idi. Müəllimimin, ustadımın milli mətbuatımızın inkişafında xidmətləri nəzərə alınaraq ona həm “Əməkdar mədəniyyət işçisi”, həm də “Əməkdar jurnalist” ləxri adları verilmişdi. Nəsir müəllim o zaman yeganə redaktor idi ki, iki dələ “Qızıl qələm” mükafatına layiq görülmüşdü. Ancaq heç yerdə, heç bir məclisdə bu

barədə danışmaz, özünü öyməzdi. Amma sənətdən, qəzetdən, yaradıcılıqdan, peşəkarlıqdan söz düşəndə Nəsir müəllim “Bakı” və “Baku”dan, onunla çiyin-çiyinə çalışmış iş yoldaşlarından, onların uğurlarından danışmaqdan doymazdı. Bax, bu idi Nəsir müəllimin alicənablığı, böyüklüyü, müdrikliyi və ağsaqqallığı.

Doğru deyiblər ki, hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır. Artıq on səkkiz ildir ki, unudulmaz müəllimim, ustadım Nəsir İmanquliyevin ömrü xatirələrimizdə, düşüncələrimizdə yaşayır. Zaman bizi 1998-ci ilin 7 mart günündən unudulmaz müəllimimizin dünyasını dəyişdiyi gündən uzaqlaşdırdıqca Nəsir İmanquliyevin böyüklüyünü, müdrikliyini, kamilliyini, mahirliyini, alicənablığını, ağsaqqallığını daha aydın görür və hiss edirik.

Nəsir müəllim mənim sənət-ömür yolumun yol göstərəni olub. Bəlkə, bu da taleyin qismətidir ki, Nəsir müəllim dünyasını dəyişəndən sonra da mənim başqa bir yolumun üstündə dayanıb. Şəhid oğlumun uyuduğu ikinci Şəhidlər xiyabanına aparan yol məhz Nəsir müəllimin məzarının önündən keçir. Hər dəfə bu ziyarətgaha gedərkən Nəsir müəllimin məzarı önündə ayaq saxlayır, xatirəsini ehtiramla anıb deyirəm:

– Yerin behişt, ruhun şad olsun, ustad!

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar.

Ən son

GÜNDƏM

Baki-baki.az "Report"a istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən məlumat

GÜNDƏM

Baki-baki.az "Report"a istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən məlumat
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin