Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/21/2025

Paylaşın

MEMARLIQ

“Bu gün mənim üçün ən yaxın ruh halı – tarazlıqdır” – Faiq Əhmədin müsahibəsi

Faiq Əhməd

İncəsənət bütün sahələri ilə daim insanda yaratmaq, yaradılandan zövq almaq eşqi verir. Baki-baku.az-ın bugünkü müsahibi bu cür yaradıcılardan biri rəssam Faiq Əhməddir.

– Tükəndiyinizi hiss etdiyiniz, hər şeydən imtina etməyə yaxın olduğunuz anlarda sizi yenidən motivasiya edən nə olur?

– Məğlubiyyət ərəfəsində olduğumu hiss etsəm belə, getdiyim yoldan geri çəkilmir, motivasiyamı itirmirəm. Qələbəyə əmin olduğum üçün deyil, növbəti məğlubiyyətə hazır olduğum üçün davam edirəm. Mənim üçün ən güclü motivasiya getidiyim yolda qələbənin də, məğlubiyyətin də olacağını bilə-bilə məqsədimə çatacağıma olan inamımdır.

– Bir müsahibənizdə demisiniz: “Hiss edirdim ki, hər istədiyimi edə bilərəm və bu hiss məni rəssam etdi”. Bəs rəssam olmasaydınız nə işlə məşğul olardınız?

– Mən doğulandan rəssamam və hər nəylə məşğul olsaydım belə, sonunda yenə incəsənətə gələcəkdim. Fikrimcə, incəsənət həm məni, həm də izləyiciləri azad edir.

– Sənətiniz iki uçurum arasında hərəkət edir — boşluq/yarımçıq qalmaq və tamlıq/həddən artıq dolmaq (əriyən xalçalar) Bu iki vəziyyətdən hansını bu gün özünüzə daha yaxın hiss edirsiniz?

– Bu gün mənim üçün ən yaxın ruh halı tarazlıqdır. Balansı qoruyub saxlamağa çalışıram.

– Bakıda ən çox sevdiyiniz yer haradır?

– Şəhidlər Xiyabanındakı Əbədi Məşəl. Bu, Bakının ən yüksək nöqtəsidir; yamacda min illər boyu əcdadlarımızın xatirəsinə əbədi məşəl yanır.

Söhbətləşdi: Dəniz Məmmədli

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 2026-cı ilin yanvar-iyun aylarında 61 min TEU konteynerə yaxın

Ən son

GÜNDƏM

10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici

GÜNDƏM

10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin