Nəşr edilmişdir 03/27/2025

Paylaşın

GÜNDƏM

Bu gün Beynəlxalq Teatr Günüdür

IMG-20250327-WA0040

Martın 27-si bütün dünyada Beynəlxalq Teatr Günü qeyd olunur.
Baki-baku.az xəbər verir ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib.
Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən 1962-ci ildə fransalı yazıçı Jan Kokto olub. Və beləliklə, Ümumdünya Teatr Günü 1962-ci ildə Beynəlxalq Teatr İnstitutu tərəfindən təsis edilib. Hər il martın 27-də Beynəlxalq Teatr İnstitut Mərkəzləri və beynəlxalq teatr ictimaiyyəti tərəfindən qeyd olunur. Bu münasibətlə müxtəlif milli və beynəlxalq teatr tədbirləri təşkil olunur. Bunlardan ən mühümlərindən biri Ümumdünya Teatr Günü Beynəlxalq Mesajının tirajlanmasıdır ki, Beynəlxalq Teatr İnstitutunun dəvəti ilə dünya şöhrətli bir şəxs Teatr və Sülh Mədəniyyəti mövzusunda öz fikirlərini bölüşür.
Beynəlxalq Teatr Günü respublikamızda fəaliyyət göstərən teatrlarda da qeyd olunur, hər il müxtəlif tədbirlər keçirilir, tamaşalar nümayiş etdirilir.
Ölkəmizdə isə martın 10-u teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər. Həmin gün Azərbaycan milli teatrının əsası qoyulan gündür. İlk dəfə 1873-cü il martın 10-da Bakı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, paylaşımda deyilir:

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az Milli Hidrometeorologiya Xidmətindən bildirilib.