Nəşr edilmişdir 05/15/2025

Paylaşın

GÜNDƏM

Bu gün Beynəlxalq İqlim Günüdür

Mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur.


Baki-baku.az xəbər verir ki, bu günün təsis edilməsi meteoroloqların iqlimi gələcək nəsillərin rifahı üçün qorumaq çağırışına cavab olaraq qəbul edilib.
İqlimin qorunması bu gün bəşəriyyətin üzləşdiyi əsas problemlərdən biridir. Qlobal istiləşmə, təbii fəlakətlər və hava şəraitinin dəyişməsi insanların həyat və əmlak təhlükəsizliyinə, təbii ehtiyatlara və dövlətlərin inkişafına ciddi təsir göstərir. Son 35 ildə iqlim dəyişikliyi daha da sürətlənib, hər il yeni temperatur rekordları qeydə alınıb.
Elm hələ də iqlim dəyişikliklərinin fəlakətə nə zaman çevriləcəyini dəqiq proqnozlaşdıra bilmir. Lakin istixana qazlarının artımı bu dəyişikliyin əsas səbəblərindəndir. Bu məsələ ilk dəfə 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində qlobal səviyyədə müzakirə olunub və nəticədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası imzalanıb. 1997-ci ildə Kioto Protokolu, 2007-ci ildə isə Bali konfransı bu mübarizənin əsas mərhələləri olub.
İqlimin qorunması hər bir insanın məsuliyyətidir. Kiçik görünən addımlar – avtomobildən az istifadə, enerjiyə qənaət, ağacəkmə – böyük təsirə malikdir.


COP29 – Tarixi uğur və Azərbaycanın liderliyi


2024-cü ilin noyabrında Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. Tədbirdə 76 mindən çox iştirakçı yer aldı. Dövlət liderləri, 2200-ə yaxın QHT təmsilçisi və tanınmış şəxslər konfransa qatıldı.
COP29 təkcə iqlim məsələlərinin deyil, həm də beynəlxalq əməkdaşlıq və dialoqun inkişafı üçün əhəmiyyətli platformaya çevrildi. Azərbaycan qlobal problemlərin həllində real fəaliyyət göstərən, etibarlı tərəfdaş kimi qəbul olunduğunu sübut etdi.
Konfransda keçirilən mühüm görüşlər, əldə edilən razılaşmalar və mühüm nəticələr Bakının qlobal iqlim gündəminin aparıcı oyunçularından biri olduğunu bir daha sübut etdi və bu kimi tədbirlərin keçirilməsində nümunəyə çevrildi.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Ən son

GÜNDƏM

Bu gün Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqlarla

GÜNDƏM

Bu gün Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqlarla