Nəşr edilmişdir 06/25/2025

Paylaşın

GÜNDƏM

Bu gün Beynəlxalq Dənizçilər Günüdür

Beynəlxalq Dənizçilər Günü, Dənizçi Günü

Hər il iyunun 25-də dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd olunur.

Baki-baku.az xəbər verir ki, Beynəlxalq Dənizçilər Günü 2010-cu ildə BMT-nin tərkibinə daxil olan Beynəlxalq Dəniz Təşkilatının nümayəndələri tərəfindən təsis edilib.

Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə Azərbaycanda “Dənizçi Günü” peşə bayramı təsis olunub. Hazırda dünyada yüklərin təqribən 90 faizi dəniz yolu ilə daşınır. Dünya sularında üzən gəmilər vasitəsilə gün ərzində müxtəlif təyinatlı məhsullar daşınır. Dəniz vasitəsilə həyata keçirilən ticarət qlobal iqtisadiyyata da öz töhfəsini verir. Azərbaycanın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Dənizçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdənkənar sularda Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafında rol oynayırlar.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və

Ən son

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.