Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/09/2025

Paylaşın

GÜNDƏM

Bu gün Beynəlxalq Dostlar Günüdür

8DFA53BB-3739-4A40-A6DB-E72402B4A82A

Bu tarix dünyada qeyri-rəsmi bayram kimi qeyd olunur. Bütün xalqlar hər zaman ən böyük mənəvi dəyərlərdən biri sayılan dostluğa önəm verir. Təsadüfi deyil ki, müxtəlif ölkələrdə dostluğa həsr olunan bayramlar mövcuddur. 
Baki-baku.az xəbər verir ki, bunlardan biri də hər il iyunun 9-da müxtəlif ölkələrdə qeyd olunan Beynəlxalq Dostlar Günüdür. Dostlar Günü bizə həyat şəraitindən, müxtəlif ziddiyyətlərdən asılı olmayaraq dostluğun nə qədər vacib olduğunu bir daha xatırladır.
9 iyunun Dostlar Günü kimi qeyri-rəsmi qeyd olunmasının kim tərəfindən və nə zaman təyin olunduğu məlum olmasa da, yenə də yadda qalan bir gün kimi populyarlığını qoruyub saxlayır.
30 iyul isə Beynəlxalq Dostluq Gününün qeyd olunduğu tarixdir. 

Dostluq haqqında kifayət qədər atalar sözlərimiz də mövcuddur:
Bacar dost qazan, düşmən qapısında.
Baş-başa verməyincə daş yerindən qalxmaz.
Bir dəfə gəldin-yoldaş, iki dəfə gəldin-qardaş.
Dostun dostu da dostdur.
Dostun evini öz evin bil.
Dostun könlü xoş olsun, düşmən gözü kor olsun.
Dostun versə qum, al ovcunda yum!
Dostunu göstər, sənin kim olduğunu deyim.
Dostunu mənə göstər deyim necə insansan.
Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
Yolda yoldaş, evdə qardaş.
Yoldan irəli-yoldaş, evdən irəli-qardaş.
Dost, dosta tən gərək, tən olmasa gen gərək. 

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gözəlliyin çox vaxt gəncliklə eyniləşdirildiyi dünyada bahalı prosedurlara və botoksa ehtiyac olmadan daha təravətli görünmək mümkündür.

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Hamilə qadınlara daha çox paxlalı bitkilər, qoz-fındıq və toxumlar yemələri tövsiyə olunur.

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Hamilə qadınlara daha çox paxlalı bitkilər, qoz-fındıq və toxumlar yemələri tövsiyə olunur.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin