Nəşr edilmişdir 11/07/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bu gün bəstəkar Tofiq Quliyevin doğum günüdür.

Tofiq Quliyevin doğum günüdür

Bu gün Azərbaycanın Xalq artisti, bəstəkar, pianoçu, dirijor Tofiq Quliyevin doğum günüdür.
Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub.
Görkəmli bəstəkar 12 yaşında Azərbaycan Dövlət Konservatoriyasının yanındakı peşə məktəbinə, 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.
1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə Mirzə Ələkbər Sabirin sözlərinə “Məktəbli” mahnısını bəstələyib. 1935-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Zakir Bağırovla birgə “Rast”, “Segah”, “Zabul”, “Dügəh” muğamlarını fortepianoda hazırlayıb.
Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A.Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.
1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə “Qırmızı ordu” ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın “Qırmızı flot” hissəsinin rəhbəri olub.
Müharibədən sonra M. Əzizbəyov (dram), Səməd Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb.[3] 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A. Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il “Azərbaycan xalq rəqsləri” toplusunu hazırlayanlardan biri olub.
1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956–1958-ci illərdə bir neçə mahnısı “Azərbaycan mahnıları” musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960–1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.
XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən “Bakı payızı”nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində dekabrın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-Baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti

Ən son

DİGƏR XƏBƏRLƏR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi fırtınalı hava şəraiti ilə

ƏSAS XƏBƏRLƏR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri çərçivəsində Kiqali Soyqırımı Memorialını ziyarət edib.Baki-baku.az xəbər

DİGƏR XƏBƏRLƏR

Bakıda dekabrın 13-də MDB-yə üzv ölkələrin Könüllü Təşkilatlarının Forumu başlayıb.Baki-baku.az “Report”a istinadən xəbər verir ki,