Nəşr edilmişdir 07/09/2025

Paylaşın

GÜNDƏM

Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır – milli diplomatiyamızın 106 illik yolu

Bu gün – iyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır. Tarixi 106 il əvvələ, Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə gedib çıxan milli diplomatiyamız bu müddət ərzində mühüm inkişaf yolu keçib.
Baki-baku.az xəbər verir ki, Müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə təməli qoyulan diplomatik xidmət, müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması və beynəlxalq arenada möhkəmlənməsində də həlledici rol oynayıb. Bu əlamətdar günün qeyd olunması ilə bağlı qərar isə 2007-ci il avqustun 24-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla rəsmiləşdirilib. Həmin sərəncama əsasən, hər il iyulun 9-u diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Tarixə nəzər saldıqda, diplomatiya gününün müəyyən olunması üçün bir neçə simvolik tarix təklif olunmuşdu: Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı arasında imzalanan ilk beynəlxalq müqavilənin tarixi, Paris Sülh Konfransında Azərbaycanın de-fakto tanınması günü və sair. Lakin sonda 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair qəbul edilən müvəqqəti təlimatın dövlət arxivlərindən tapılmış ilk rəsmi sənəd olması əsas götürülərək, bu tarix diplomatiya günü kimi təsdiq olundu.
1919-cu ildə – Azərbaycan diplomatiyasının ilk addımlarını atdığı dövrdə Bakıda artıq 16 xarici ölkənin – o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. Bu fakt bir daha sübut edir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində hələ o dövrdən fəal iştirak edib.
XX əsrin əvvəllərində müstəqilliyini itirən Azərbaycan, 1990-cı illərin sonlarında ciddi geosiyasi təlatümlərlə üzləşsə də, məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi xarici siyasət kursu sayəsində öz mövqelərini möhkəmləndirməyə nail oldu. Bu siyasət milli maraqların dəqiq müəyyən olunmasına, qonşu və dünya dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlmiləlləşdirilərək beynəlxalq səviyyədə ifşa olunmasına yönəlmişdi.
Bu uzaqgörən və strateji diplomatik xətt bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. 2020-ci ilin payızında başlanan və Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində diplomatiyanın rolu xüsusilə diqqətəlayiqdir. Çünki bu müharibə yalnız səngərdə deyil, beynəlxalq müstəvidə də qazanıldı. Döyüş meydanında hərbi qələbə əldə edən Azərbaycan, eyni zamanda diplomatik mübarizədə də düşmənə ağır məğlubiyyət yaşatdı.
Azərbaycan diplomatiyasının bu şanlı yolu bu gün peşəsini böyük məsuliyyət və fədakarlıqla icra edən diplomatlarımızın timsalında davam edir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən “Keşlə” bazarında yoxlama keçirib

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib