Milli mənəvi dəyərlər və geyim mədəniyyəti bizim tariximizdir. Özünəməxsus yeri olan kəlağayı, min illər boyu Azərbaycan qadınının baş örtüyü olmaqla yanaşı, həm də ləyaqət simvolu olub. Kəlağayının vətəni Azərbaycan, bilavasitə zəngin mədəniyyəti, xüsusən də saray mədəniyyəti ilə bağlıdır. Şirvanşahlar dövründə Basqalda və Şəkidə fərdi emalatxanalarda toxunan kəlağayı, sonralar ölkəmizin tikiş və toxuculuq sənayesində mühüm yer tutub. Basqal və Şəki kəlağayılarının əsərlərdəki yerini 100 illər boyu müxtəlif ölkələrdən gələn səyyahlar qeyd ediblər, bu da onun təbii gözəlliyi ilə yanaşı, onu yaradan xalqın toxuculuq və boyaqçılıq mədəniyyətini də əks etdirir.
Böyük İpəkyolu üzərində yerləşən Azərbaycanda ticarətlə məşğul olan məşhur tacirlər, öz karvanlarında Azərbaycan xalçaları, ziynət əşyaları ilə yanaşı, kəlağayıya da böyük diqqət yetirirdilər.
2016-cı ildə ölkənin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan kəlağayısı dünyanın maddi-mədəni irsi siyahısına daxil edilib və indi həm də ölkəmizin rəmzlərindən biri olaraq, dünyanın məşhur muzeylərində sərgilənir.