Nəşr edilmişdir 11/20/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Bu gün Ağdamın işğaldan azad olunduğu gündür!

Ağdamın işğaldan azad olunduğu gündür!

Qədim yaşayış məskənlərimizdən biri, daş, tunc, neolit və eneolit dövrlərinə aid tarixi abidələrin ünvanı Ağdamın 27 il işğalda qalması hər bir Azərbaycan insanı üçün kədər səlnaməsi idi. Zəngin mədəniyyəti, tarixi şəxsiyyətləri, ustad xanəndələri ilə milli-mənəvi dəyərlər tariximizdə mühüm yer tutan Ağdam, həm də Qafqaz Albaniyasının Qarqarlara bağlı yaşayış məskəni kimi milli dövlətçilik tariximizdə mühüm yer tutur. Qarabağ xanlığının təməlinin də bu torpaqlarda qoyulması onun əzəmətinə bir başqa biçimdə gözəllik qatır. Gülyataq kurqanları, Üzərlik təpə, Çıraqtəpə, Qızılhacılı, Vəlixantəpə, İlanlıtəpə, Bənövşələr təpəsi, Şomulutəpə, İsmayıl bəy təpəsi, Namazəli təpəsi, Güllütəpə kimi yaşayış məskənləri, nekropolları və kurqanları ilə Qarqarçayın sahillərinə həyat gətirən, həm də milli-mənəvi dəyərlər tariximizdə abidəyə çevrilən Ağdamda 27 illik işğal dövründə daş üstündə daş qalmadı. Şahbulaq qalasını, Ağdam Cümə Məscidini çıxmaq şərti ilə Qarabağ xanlarının: Pənahəli xanın, Xurşidbanu Natəvanın və varislərinin belə türbələrinə əl uzadan, onları yer üzündən silən erməni daşnakları bu torpaqları “Qafqazın Xirosiması”na, “Ruhlar Şəhəri”nə çevirdilər. Üzərlik təpənin, Gültəpənin dastanını yaradan Ağdam, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi, Xocalı faciəsi zamanı xilaskarlıq missiyasını öz üzərinə alsa da, öz taleyini xilas edə bilmədi. Siyasətin qurbanı olan Qarabağla birlikdə 1993-cü ilin isti yay günlərində tarixi sakinləri və sahibləri yurd-yuvasından didərgin düşdü. Erməni daşnaklarının işğalı nəticəsində Birinci Qarabağ Müharibəsinin Qəhrəman rayonu statusunu alan Ağdam 6570 Şəhidi, 16 Milli Qəhrəmanı, 40 mindən çox igid Qazisi ilə tarix yaratdı.

Birinci Qarabağ Müharibəsində başına erməni daşnakları tərəfindən 2 milyon pul qoyulan Allahverdi Bağırov, Fred Asif kimi qəhrəmanları ilə Fərrux yüksəkliyində qəhrəmanlıq dastanını yaradan Ağdamlıların işğaldan azad olunan digər yörələrimizin vətənpərvər, yurdabağlı insanları kimi cəsarətinin, ləyaqətinin nümunəsi Müzəffər Ali Baş Komandanımız və Qüdrətli Ordumuz oldu. Hər günü bir dastan olan Vətən Müharibəsinin Zəfər tarixini Şuşa qalasında Noyabrın 8-də yazan igidlər bir güllə atmadan siyasətin gücü ilə Azərbaycan Bayrağını Pənahəli xanın təməlini qoyduğu Şahbulaq qalasından asdılar. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və ölkənin Vitse-prezidenti xanım Mehriban Əliyevanın əlində Qurani-Kərim Ağdam Cümə Məscidinə qədəm qoyması ilə Ağdama, Ağdam qarışıq bütün Qarabağa hüzur gəldi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ağdamdan başlamışdı. 1988-ci ildə Əli Hacıyev və Bəxtiyar Quliyevin erməni daşnakları tərəfindən şərlənərək həbs edilməsi, sonra isə yandırılaraq öldürülməsi ilə başlayan bu münaqişə ərazi bütövlüyümüzün pozulması, tarixi torpaqlarımızın işğala məruz qalması ilə nəticələndi.

Dünyada analoqu olmayan Ağdamın məşhur Çörək Muzeyi, Çay Evi, Tarix-Ölkəşünaslıq Muzeyi, Ağdam Şəkil Qalereyası, Qurban Pirimovun Xatirə Muzeyi, Qutlu Sarı Musa oğlu Künbəzi, Şeyx Nigar və Şeyx Miriş ağa ocaqları, Qara Pirim ziyarətgahı darmadağın edilsə də, azad bir quş kimi yuvasından uçan, illərdir Qədir Rüstəmovun segahının, “Sona Bülbüllər”in həsrətinə bürünən Ağdamlılar tarixi Zəfəri ilə dünyanın, Güney Qafqazın düzənini-mizanını dəyişən, Qüdrətinin, Əzəmətinin simgəsi, bəlgəsi olan Dövlətinin iradəsi ilə indi doğma yurdda yeni binələr salır,  “Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdır!” nidası ilə tarix yaradır.

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 252,7 manat təşkil edib.Baki-baku.az Bakı Şəhər Statistika

Ən son

DİGƏR XƏBƏRLƏR

Səhər ac qarına bir stəkan su içməyin həzmi yaxşılaşdıra biləcəyi fikri çox populyardır. Lakin əslində

DİGƏR XƏBƏRLƏR

Futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki rəqibləri bəlli

DİGƏR XƏBƏRLƏR

Azərbaycan ərazisində dekabrın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-Baku.az xəbər verir ki, bu barədə