Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2026

Paylaşın

GÜNDƏM

Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq

Avtobus

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək metronun “Avtovağzal” və “Xocəsən” stasiyalarından rahat istifadə edə bilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib.

Baki-baku.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bu dayanacaqlardan Bakı-Sumqayıt yolundan paytaxt istiqamətində hərəkət edən marşrutlar istifadə edəcək.

Belə ki, metronun “Avtovağzal” stansiyasının (“Piramida” tərəf) qarşısında müntəzəm marşrutlar üçün dayanacaq məntəqəsi qruplaşdırılaraq üç hissəyə ayrılıb və sərnişinlərin rahatlığı üçün dayanacaq məntəqəsi müvafiq nişanlarla işarələnib.

Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən gələn 500, 503 və 508 nömrəli, Xırdalan şəhərindən 119 və 135 nömrəli, Masazır kəndindən 142, 525A və 525B nömrəli, Müşfiqabad qəsəbəsindən 114A və 114B nömrəli, Hökməli qəsəbəsindən 156 və 156A nömrəli, Sulutəpə qəsəbəsindən 158 nömrəli, Çiçək qəsəbəsindən 159 nömrəli, Binəqədi qəsəbəsindən 170 nömrəli və Biləcəri qəsəbəsindən gələn 83A nömrəli marşrut avtobusları burada aralıq dayanacağı olaraq saxlayacaq.

Avtobusların yenidən Bakı-Sumqayıt yoluna rahat və maneəsiz çıxa bilməsi üçün ərazidə xüsusi hərəkət zolağı təşkil edilib.

Eyni zamanda Lökbatan qəsəbəsindən gələn 130 nömrəli və Xocəsən qəsəbəsindən gələn 102 nömrəli marşrut avtobusları üçün aralıq dayanacaq məntəqəsi metronun “Xocəsən” stansiyası təyin edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən " OBA Market"

Ən son

GÜNDƏM

Bakıda küçələrdən birinə Əhməd Yasəvinin adı verilib.

GÜNDƏM

Bakıda küçələrdən birinə Əhməd Yasəvinin adı verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin