Nəşr edilmişdir 01/05/2025

Paylaşın

GÜNDƏM

Braziliyada AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularının oxunmasına başlanılıb

Braziliyada Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğramış “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin kabinindəki səs yazıcısının oxunmasına başlanılıb.
Baki-Baku.az xəbər verir ki, bu barədə Braziliyanın “G1” portalı məlumat yayıb.
Məlumata görə, qara qutular Braziliyaya çərşənbə günü (Bakı vaxtı ilə cümə axşamı) gətirilib.
Nəşrin istintaqla tanış olan həmsöhbətlərinin sözlərinə görə, səsyazıcılarının oxunmasına yanvarın 2-də (Bakı vaxtı ilə yanvarın 3-də) başlanılıb. Qara qutulardan alınan məlumatlar Braziliya Hərbi Hava Qüvvələrinin (Força Aérea Brasileira – FAB) mütəxəssislərinin iştirakı ilə təhlil ediləcək.
“Oradan əldə olunacaq məlumatlar qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstanın Aviasiya Qəzalarının Təhqiqat İdarəsinə veriləcək”, – FAB-dan bildirilib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Baki-baku.az xəbər verir ki,

Ən son

GÜNDƏM

Bakıda Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Трети Півні” emalatxanasının müəllif fotoşəkilləri qalereyasının fotosərgisi açılıb.Bu barədə

GÜNDƏM

AZAL bugünkü Bakı-Kazan reysini ləğv edib.Bu barədə AZAL məlumat yayıb.Məlumata görə, Azərbaycan Hava Yolları (AZAL)

GÜNDƏM

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər