Braziliyada Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğramış “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin kabinindəki səs yazıcısının oxunmasına başlanılıb.
Baki-Baku.az xəbər verir ki, bu barədə Braziliyanın “G1” portalı məlumat yayıb.
Məlumata görə, qara qutular Braziliyaya çərşənbə günü (Bakı vaxtı ilə cümə axşamı) gətirilib.
Nəşrin istintaqla tanış olan həmsöhbətlərinin sözlərinə görə, səsyazıcılarının oxunmasına yanvarın 2-də (Bakı vaxtı ilə yanvarın 3-də) başlanılıb. Qara qutulardan alınan məlumatlar Braziliya Hərbi Hava Qüvvələrinin (Força Aérea Brasileira – FAB) mütəxəssislərinin iştirakı ilə təhlil ediləcək.
“Oradan əldə olunacaq məlumatlar qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstanın Aviasiya Qəzalarının Təhqiqat İdarəsinə veriləcək”, – FAB-dan bildirilib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.