Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/27/2026

Paylaşın

ƏDƏBİYYAT

Brayl əlifbası ilə çap edilmiş kitablar İsmayıllı “DOST Evi”ndə

İsmayıllı “DOST Evi”

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialında Brayl əlifbası ilə çap edilmiş Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib.

Baki-baku.az xəbər verir ki, təqdimatda Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn, yazıçı-şair Aqşin Yenisey, Qismət Rüstəmov, Ömər Xəyyam və Səxavət Sahil iştirak ediblər.

Qonaqlara İsmayıllı DOST Evi filialının əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, təqdim olunan xidmətlər və gələcək perspektivlər barədə ətraflı məlumat verilib. Tədbir iştirakçıları filialın fəaliyyəti ilə yaxından tanış olublar.

Qonaqlar tərəfindən Brayl əlifbası ilə hazırlanmış 19 adda 70 müxtəlif bədii ədəbiyyat nümunəsi filialda yaradılmış kitab guşəsinə hədiyyə edilib.

“BP” şirkəti və Azərbaycan Dövlət Nəşriyyatının birgə həyata keçirdiyi bu təşəbbüs inklüziv mühitin formalaşdırılması, eləcə də əlçatan mədəniyyətin inkişafına mühüm töhfə kimi dəyərləndirilib.

Tədbir çərçivəsində filialın benefisiarlarının və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin musiqiçilərinin təqdimatında şeir və musiqi nümunələri səsləndirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son

SİYASƏT

Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun sosial media hesabında Azərbaycan haqqında dediyi xoş

SİYASƏT

Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun sosial media hesabında Azərbaycan haqqında dediyi xoş
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin