Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/17/2025

Paylaşın

GÜNDƏM

bp Üzeyir Hacıbəylinin misilsiz irsinin qorunmasına töhfə verib

bp Azərbaycanın mədəniyyət tarixinin zirvəsində dayanan nəhəng şəxsiyyətlərdən biri, xalqın milli klassik musiqisinin və professional bəstəkarlıq məktəbinin banisi, ilk milli operanın müəllifi, görkəmli maarifçi, dramaturq və publisist Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyini Azərbaycan xalqı ilə birlikdə bayram etməkdən qürur duyur.

Baki-baku.az bildirir ki, bu əlamətdar hadisə münasibətilə bp dahi bəstəkarın misilsiz irsinin qorunmasına töhfə olan xüsusi kitablar komplektinin nəşrinə dəstək verib.

Layihə Azərbaycanın mədəni irsinin, o cümlədən onun zəngin tarixinin və əsrarəngiz sənət xəzinəsinin təbliği və tədqiqinə dəstək istiqamətində bp-nin davamlı öhdəliyini əks etdirir. Yeni nəşrlər dünən bp-nin Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilmiş tədbirində ictimaiyyətə təqdim olunub. Tədbirdə, həmçinin bəstəkarın şah əsərlərindən ibarət konsert proqramı da yer alıb.

Yeni təqdim olunan nəşrlər bunlardır:

∙ Üzeyir Hacıbəylinin indiyə kimi çap olunmamış əsərlərindən ibarət nəşrlər komplekti (2 kitab);

∙ Bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən fotoalbom;

∙ Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyi üçün məlumat kitabçası.

“Bu nəşrləri təqdim etmək bizim üçün böyük şərəfdir. Bu, Üzeyir Hacıbəylinin möhtəşəm irsinə və Azərbaycanın milli musiqisinə verdiyi əvəzsiz töhfələrə dərin ehtiramımızın ifadəsidir. Onun milli musiqimizin ruhu və nəfəsi ilə yoğrulmuş və dünya musiqi ritmləri ilə zənginləşdirilmiş, dərin sənət ustalığı və emosional dolğunluqla yaradılmış əsərləri bu gün də həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda insanları ruhlandırır. Ümid edirik ki, bu nəşrlər Üzeyir bəyin nəhəng irsinin və onun yalnız bir bəstəkar kimi deyi, həm də böyük alim və publisist kimi gələcək nəsillərin formlaşmasına zamansız təsir gücünün daim yaşamasına xidmət edəcək”, – deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.

Ümumi dəyəri 127 min 560 manat (75 min 35 dollar) olan bu layihə “Azərnəşr” tərəfindən həyata keçirilib. Bu məbləğ yeni nəşrlərin toplanması, hazırlanması və çapını, həmçinin konsert proqramının təşkilini əhatə edir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində baş tutan konsert proqramı Fərid Hüseynin aparıcılığı ilə baş tutdu. bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Ciovanni Kristofoli və Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovun çıxışından sonra Üzeyir Hacıbəylinin “Arazbarı” əsərinin ifası və dahi bəstəkarın həyat və yaradıcılığını əks etdirən video-rolik nümayiş olundu. Daha sonra Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” hissəsi, Əməkdar artist Elnur Zeynalov və Gülzar Fərəcovanın ifasında “Görüş səhnəsi”, Atəş Qarayevin ifasında “Sevgili canan” romansı, Taleh Yahyayevin ifasında “Koroğlu” operasından “Həsən xanın ariyası”, “Koroğlu” operasından “Qızların rəqsi”, “Milli marş”, Əməkdar artist Hüsniyyə Mürvətova, Tural Əhmədin ifasında Üzeyir Hacıbəyliyə həsr edilən şeirlərin qiraəti, “Şeyx Sənan” operasından “Birinci hissə”, “Arşın mal alan” operettasından “Qızların xoru”nun və həmin əsərdən Əməkdar artist Fərid Əliyev və Günel Hacıyevanın ifasında “Əsgər və Gülçöhrənin dueti” və “Koroğlu” operasından “Cəngi” rəqsi təqdim olundu. Qeyd edək ki, solo tarda Səxavət Məmmədov ifa edirdi.
Konsert proqramının ssenari müəllifi: AYB-nin Gənclər Şurasının sədri Fərid Hüseyn, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu xoreoqrafu Əməkdar artist Yuri Labaçeva idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Ən son

GÜNDƏM

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin

GÜNDƏM

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin