Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/25/2026

Paylaşın

GÜNDƏM

Böyükşor gölündə suyun rəngi niyə dəyişib? – AÇIQLAMA

Böyükşor gölü

Bakıda Böyükşor gölünün bir hissəsində suyun rənginin kəskin şəkildə dəyişməsi diqqət çəkib.

Baki-baku.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ hələ 14 avqust 2026-cı il tarixində Xidmətinin əməkdaşları tərəfindən qeydə alınıb və həmin tarixdə ictimaiyyətə açıqlama verilib.

Aparılan müşahidə və laborator araşdırmaların nəticələrinə əsasən, Böyükşor gölündə müşahidə olunan yaşıl rəngin əsas səbəbi yosun və sianobakteriyaların intensiv inkişafı nəticəsində yaranan bioloji prosesdir.

Su temperaturu, intensiv günəş şüalanması və su mühitində azot və fosfor kimi qida maddələrinin mövcudluğu fotosintetik orqanizmlərin inkişafı üçün əlverişli şərait yaradır. Bu da su hövzəsinin ayrı-ayrı hissələrində yosun və sianobakteriyaların toplanmasına və yaşıl rəngli yığıntıların əmələ gəlməsinə səbəb ola bilər.

Məsələ ilə bağlı Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriya tərəfindən göldən nümunələr götürülüb və müvafiq analizlər aparılıb. Araşdırmaların nəticələri müşahidə olunan yaşıl rəngin bioloji mənşəli olduğunu göstərib.

Qeyd edirik ki, sosial şəbəkələrdə hazırda yayılan görüntülər yeni yayılsa da, görüntülərdə əks olunan hadisə 14 avqust tarixində qeydə alınmış və artıq araşdırılmış həmin məsələdir.

İctimaiyyətdə çaşqınlıq yaranmaması üçün bildiririk ki, məsələ Xidmət tərəfindən nəzarətdə saxlanılır və zəruri hallarda müvafiq tədbirlər görüləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gündən Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də dünyanın aparıcı investisiya şirkətlərindən olan "Brookfield Asset Management"in baş

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də dünyanın aparıcı investisiya şirkətlərindən olan "Brookfield Asset Management"in baş
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin