Böyüklüyün əsasən miqyasla ölçüldüyü dünyada qarışqa sakit bir inqilabçıdır. Bədəni miniatürdür, amma beyni… Beyni bədəni ilə müqayisədə nəhəngdir. Təsəvvür edin: bu kiçik memar, inşaatçı və döyüşçünün beyni bədən çəkisinin 15%-ni tutur (insanlarda bu, 2%-dir).
Qarışqanın başındakı hər bir sinir qığılcımı bir sağqalma alqoritmidir – mürəkkəb qarışqa meqapolislərinin koordinasiyasından tutmuş, feromonların kimyəvi “ətirləri” vasitəsilə ünsiyyətin mənimsənilməsinə qədər. Onların kollektiv intellekti alimləri süni intellektin və paylanmış şəbəkələrin ilk modellərini yaratmağa ruhlandırdı.
Bu, biologiyadan daha böyük bir şeydir. Qarışqa zəkanın ölçü ilə deyil, dəqiqlik, səmərəlilik və daha böyük bir bütövün parçası olmaq qabiliyyəti ilə ölçüldüyü yeni dövrün simvoludur.
Ekosistemin qarışqa kutyureləri bizə öyrədir: əsl güc fərdi zəka və kollektiv harmoniya arasındakı tarazlıqdadır.

Əbülfəz Babazadə