Nəşr edilmişdir 04/10/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Bol vitaminli, çox qiymətli qulançar – Faydalı bitkilər

Azərbaycan nadir və çox faydalı bitkilərin vətəni olan məkandır. Burada bir-birindən vitaminli, dadlı, tərkibli bitkilər yetişir. Yaz aylarında məhz bu cür qidalara çox böyük tələbat olur. Həmin faydalı və çox tələbatlı bitkilərdən biri də qulançardır.
Baki-baku.az bildirir ki, qulançarın elmi adı “Asparagus”dur. Amma el arasında bu bitkiyə qulançar deyildiyi kimi, həm də mərəçüyüd deyirlər.
Bu bitki respublikamızda ən çox Naxçıvan MR-nın bütün rayonlarında, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, Şuşa-Laçın, Gəncə-Qazax, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala və s. bölgələrdə ən çox quru, daşlı-çınqıllı yamaclarda, qaratikan kollarının ətrafında bitir. Ağdam, Füzuli, Cəbrayıl və s. rayonlarda yerli əhali Mərəçüyüdü “ağıllı” və “dəli” Mərəçüyüd kimi tanıyır və onları asanlıqla bir-birindən fərqləndirirlər. “Ağıllı” Mərəçüyüdün zoğları tünd qırmızımtıl, “dəli” Mərəçüyüdünkü isə açıq-yaşıl, solğun-yaşıl rənglidir.
Qulançar zülalla ən çox zəngin olan tərəvəzlərdən sayılır. Tərkibində A, C, B1, B2 vitaminləri, həmçinin “asparagin” var. Bundan başqa, müxtəlif mineral maddələr – kalium, natrium, manqan, fosfor turşusu, 60-80% azot birləşməri və karotinoidlə (85% Mq) zəngindir.
Qulançarın tərkibinfəki “asparagin” damarları genişləndirir və qan təzyiqini aşağı salır, ürək əzələsini stimullaşdırır. Fol turşusu anemiya (qanazlığı) zamanı çox effektivdir. Həmçinin qanda şəkərin səviyyəsini tənzimləyir. İnulin bağırsaq florasında faydalı bakteriyaların sayını artıraraq bağırsaq florasına müsbət təsir edir, qəbizliyi aradan götürür, bağırsaq hərəkətini artırır. Qulançar həm də antioksidantdır. O, xərçəng, katarakt və digər göz problemlərinin qarşısını almağa kömək edir, sümüklərin sağlamlığını qoruyur.
Qulançar sidikqovucu təsirə malikdir, ödəmləri azaldır, sidik kisəsini və sidik yollarını təmizləyir. Detoks xüsusiyyəti sayəsində sidik yollarının infeksiyalarının qarşısını alır.
Qulançardan salat və isti yeməklərin hazırlanmasında geniş istifadə olunur.
Tərkibi çox zəngin, özü isə çətin tapıldığına və yığıldığına görə qiyməti bahadır. Hazırda bazarda 1 kq qulançar 17-20 AZN arası satılır.


Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.Baki-baku.az xəbər verir

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.