Anturium (kişi xoşbəxtliyi) – kişi gücünün və sevginin simvoludur. “Qadın xoşbəxtliyi” (spatifillum) ilə birlikdə münasibətlərdə harmoniya yaratdığı və ehtirası artırdığına inanılır.
Aqlaonema – sakitliyin və rahatlığın simvoludur. Onun havanı təmizlədiyi, evə uğur gətirdiyi, mübahisələrdən və neqativ enerjidən qoruduğu hesab olunur.
Sansevieriya – dözümlülük və davamlılığın simvoludur. İnanclara görə, pis ruhları uzaqlaşdırır, evin enerjisini yaxşılaşdırır və karyera inkişafına kömək edir.
Qadın xoşbəxtliyi (spatifillum) – qadınlığın, sevginin və analığın simvoludur. Tək qadınlara sevgini tapmaqda, evli qadınlara isə ailədə harmoniya yaratmaqda kömək etdiyi düşünülür.
Dollar ağacı (zamiokulkas) — maddi rifahın simvoludur. Sərvəti və işlərdə uğuru cəlb etdiyinə inanılır.
Şeflera – uğur və inkişafın simvoludur. Diqqəti artırır, karyera yüksəlişinə və kollektivdə yaxşı atmosferin yaranmasına şərait yaradır.
Azaliya – zərifliyin, qadınlığın və daxili gücün simvoludur. Stres və münaqişəli situasiyaları dəf etməyə kömək edir, yaradıcılığa ilham verir.
Xanım Aydın