Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/11/2025

Paylaşın

HƏR ŞEYDƏN

Bitkilərin sehrli gücü – Həyatınıza sevgi və rifah gətirən 7 simvol

Bitkilərin sehrli gücü, Gül, Bitki

Anturium (kişi xoşbəxtliyi) – kişi gücünün və sevginin simvoludur. “Qadın xoşbəxtliyi” (spatifillum) ilə birlikdə münasibətlərdə harmoniya yaratdığı və ehtirası artırdığına inanılır.

Aqlaonema – sakitliyin və rahatlığın simvoludur. Onun havanı təmizlədiyi, evə uğur gətirdiyi, mübahisələrdən və neqativ enerjidən qoruduğu hesab olunur.

Sansevieriya – dözümlülük və davamlılığın simvoludur. İnanclara görə, pis ruhları uzaqlaşdırır, evin enerjisini yaxşılaşdırır və karyera inkişafına kömək edir.

Qadın xoşbəxtliyi (spatifillum) – qadınlığın, sevginin və analığın simvoludur. Tək qadınlara sevgini tapmaqda, evli qadınlara isə ailədə harmoniya yaratmaqda kömək etdiyi düşünülür.

Dollar ağacı (zamiokulkas) — maddi rifahın simvoludur. Sərvəti və işlərdə uğuru cəlb etdiyinə inanılır.

Şeflera – uğur və inkişafın simvoludur. Diqqəti artırır, karyera yüksəlişinə və kollektivdə yaxşı atmosferin yaranmasına şərait yaradır.

Azaliya – zərifliyin, qadınlığın və daxili gücün simvoludur. Stres və münaqişəli situasiyaları dəf etməyə kömək edir, yaradıcılığa ilham verir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Basqal əsrlərin yaddaşını köhnə divarlarında, dar küçələrində və ipək saplarında qoruyub

Ən son

GÜNDƏM

Sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə 206 nömrəli müntəzəm marşrut xəttinə

GÜNDƏM

Sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə 206 nömrəli müntəzəm marşrut xəttinə
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin