“Bitcoin” 120 min dollar həddini keçərək yeni tarixi rekorda imza atıb.
Baki-baku.az xəbər verir ki, bu barədə “Binance”ın məlumatlarında bildirilir.
Belə ki, “Bitcoin” artımını sürətləndirərək 121 min dollar həddini keçərək 121 014.73 dollar səviyyəsinə çatıb.
Xatırladaq ki, “Bitcoin”in qiyməti sonuncu dəfə 2025-ci il mayın 22-də 111 980 dollara qədər yüksələrək bütün zamanların ən yüksək həddinə çatmışdı. Mütəxəssislər “Bitcoin”in artımını ABŞ Prezidenti Donald Trampın kriptovalyuta bazarının inkişafı ilə bağlı təşəbbüsləri, eləcə də digər ölkələrdən ona marağın artması ilə əlaqələndirirlər.