Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/11/2025

Paylaşın

GÜNDƏM

Binə qəsəbəsində yerləşən fabrik 10,5 min manat cərimə olunub

Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, “ARKA” MMC Kağız və Karton Fabriki 10 min 500 manat məbləğində inzibati cərimə olunub.
Bu barədə Baki-baku.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.
Cərimə, müəssisənin istehsalat fəaliyyəti zamanı yaranan tullantı sularını qanunvericiliyin tələblərinə uyğun idarə etməməsi səbəbilə tətbiq edilib.
Cəriməyə əsas verən faktlar ADSEA-nın yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) keçirdiyi nəzarət tədbirləri nəticəsində aşkarlanıb. Yoxlama zamanı məlum olub ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fabrik tərəfindən əmələ gələn istehsalat tullantı suları müvafiq ekoloji və texniki norma və tələblərə uyğun şəkildə idarə olunmur.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib edilib və toplanmış materiallarla birlikdə məhkəməyə təqdim olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, эта сфера носит не только развлекательный характер, но и способствует развитию когнитивных способностей

Ən son

ETNOQRAFIYA

Ehtiyacı olanlara yardım etdim, savab olduğu üçün deyil, insan olduğum üçün, heç rüşvət almadım, haram

ETNOQRAFIYA

Ehtiyacı olanlara yardım etdim, savab olduğu üçün deyil, insan olduğum üçün, heç rüşvət almadım, haram
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin