Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/24/2026

Paylaşın

GÜNDƏM

Binəqədi rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib

"Açıq qapı günü"

Binəqədi rayon prokurorluğunun yeni inzibati binasında gənclər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Açıq qapı günü” keçirilib.

Baki-baku.az-ın məlumatına görə, ictimaiyyətlə səmərəli dialoqun genişləndirilməsi və prokurorluq orqanlarının fəaliyyətinə marağın artırılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilən tədbirin əsas məqsədi prokurorluq orqanlarının fəaliyyəti, əməkdaşlar üçün yaradılmış müasir iş şəraiti, tətbiq olunan innovativ həllər və həyata keçirilən institusional islahatlar barədə iştirakçıları ətraflı məlumatlandırmaq, şəffaflıq və açıq dialoq mühitini daha da möhkəmləndirmək olub.

Tədbiri giriş sözü ilə açan Binəqədi rayon prokuroru Fuad Məmmədov qonaqları salamlayaraq bildirib ki, yeni inzibati binada yaradılmış müasir və funksional iş şəraiti əməkdaşların fəaliyyətinin səmərəliliyinə müsbət təsir göstərir. O, vətəndaş müraciətlərinə həssas və operativ yanaşmanın əsas prioritetlərdən biri olduğunu vurğulayaraq qeyd edib ki, müasir maddi-texniki baza və rəqəmsal həllər rayon prokurorluğunun fəaliyyətində çevikliyin və keyfiyyət göstəricilərinin artırılmasına xidmət edir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli prokurorluq orqanlarında kadr potensialının gücləndirilməsi, davamlı təlim proqramlarının təşkili və əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O bildirib ki, müasir infrastruktur və tədris imkanları hüquqi dövlət quruculuğu prosesində prokurorluğun rolunun daha da möhkəmləndirilməsinə şərait yaradır.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarında aşkarlıq və ictimaiyyətlə əlaqələrin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, media və vətəndaş cəmiyyəti institutları ilə açıq və konstruktiv əməkdaşlıq hüquqi maarifləndirmənin genişlənməsinə, vətəndaş məmnunluğunun artırılmasına və cəmiyyətlə qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.

Tədbir çərçivəsində iştirakçılara bildirilib ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində istifadəyə verilmiş yeni inzibati bina müasir standartlara cavab verən infrastrukturla təmin olunub.

Binada əməkdaşların səmərəli fəaliyyəti üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi bölmə, konfrans və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından ən son tələblərə uyğun layihələndirilib.

Tədbir zamanı peşəkar prokurorluq əməkdaşları qurumun fəaliyyəti, istintaq və prosessual nəzarət sahəsində həyata keçirilən işlər, habelə vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə dinləyicilərə ətraflı məlumat veriblər. İştirakçılar inzibati binada yaradılmış müasir iş şəraiti, vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş xüsusi bölmə, konfrans zalı və xidməti otaqlarla tanış olub, eləcə də istifadə olunan kriminalistik texnika və avadanlıqlara əyani baxış keçiriblər. Onlara “Elektron Prokurorluq” informasiya sisteminin funksional imkanları praktik formada nümayiş etdirilib, rəqəmsal sənəd dövriyyəsi və müraciətlərin onlayn izlənilməsi mexanizmi izah olunub.

Görüş çərçivəsində iştirakçılarla açıq müzakirə aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb, təklif və rəyləri dinlənilib. Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib və sonda xatirə fotoşəkli çəkdirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Binəqədi rayonunda yerləşən dayanacaqlardan biri qəza nəticəsində yararsız hala düşüb. Bir neçə gündür dayanacağın şüşələri qırılıb, konstruksiya

Ən son

GÜNDƏM

Fövqəladə Hallar Nazirliyi (FHN) "Velotrek" ticarət mərkəzində təlim keçirib.

GÜNDƏM

Fövqəladə Hallar Nazirliyi (FHN) "Velotrek" ticarət mərkəzində təlim keçirib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin