Ötən gün bir sıra media orqanlarında Bakı şəhəri, Binəqədi rayonu, 103-cü binada yaşayan vətəndaşın evini təmir etdirərkən ərazi üzrə Mənzil İstismar İdarəsinin əməkdaşı tərəfindən kobud rəftara məruz qalması ilə bağlı yazılar dərc olunub.
Mövzu ilə bağlı Baki-baku.az-a açıqlama verən Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən (MKTB) bildirilib ki, vətəndaş İlkanə Yusifova şəxsi mənzilinin təmiri zamanı qabarit tullantılarını yaşadığı binanın həyətinə atması və binanın əsas istinad divarına ziyan vurması ilə əlaqədar Mənzil-Kommunal Təsərrüfatı birliyi əməkdaşları tərəfindən vətəndaşa xəbərdarlıq edilib və maarifləndirilib.
Lakin vətəndaş bunlara məhəl qoymadığı üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib.

