Son zamanlar bir sıra xəbər saytlarında Biləcəri qəsəbəsi, Xurşidbanu Natavan küçəsində yerləşən ərazidə meşəliyin məhv olması təhlükəsi ilə bağlı məlumatlar yer alıb. Bildirilib ki, sözügedən ərazidəki ağaclarda xəstəlik və çürümə əlamətləri müşahidə olunub.
Məsələ ilə bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Baki-baku.az-a bildirilib ki, sözügedən ərazidə xəstəlik nəticəsində qurumuş ağaclar son günlərdə müşahidə edilən güclü külək nəticəsində aşıb. Külək nəticəsində aşmış ağaclar ərazidən götürülüb və müvafiq tədbirlər görülüb.
Qeyd olunur ki, belə hallarla bağlı daxil olan məlumatlar diqqətdə saxlanılır və zəruri tədbirlər həyata keçirilir.

