Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/12/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Beynin fəaliyyətinin pisləşməsinə səbəb olan gözlənilməz amil açıqlanıb

Beynin fəaliyyəti, Beyin

Baki-baku.az-ın məlumatına görə, Şimali Karolina Universitetinin tibb məktəbinin alimləri belə qənaətə gəliblər. Tədqiqatın nəticələri “Neuron” jurnalında dərc olunub.

Mütəxəssislər müəyyən ediblər ki, yağlı qidalar yaddaşa cavabdeh olan beynin hipokamp hissəsində yerləşən xüsusi hüceyrələrin aktivliyini kəskin şəkildə dəyişir. Bu hüceyrələr CCK interneyronları adlanır və qlükozanın mənimsənilməsindəki pozuntular səbəbindən həddindən artıq aktivləşirlər. Nəticədə belə qidalanmanın cəmi dördüncü günündə heyvanlarda yaddaş pozuntuları müşahidə olunub.

Alimlərin sözlərinə görə, bu tip qidalanma klassik “qərb rasionu”nu – hamburger, kartof fri və yüksək doymuş yağ tərkibli digər məhsulları xatırladır. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, yaddaşdakı bu pozuntular artıq çəki və ya diabet əlamətləri yaranmamışdan əvvəl baş verib.

Tədqiqatçılar həmçinin sübut ediblər ki, bu proses geridönəndir. Beyində qlükoza səviyyəsinin bərpası və ya interval orucu (intermittent fasting) neyronların fəaliyyətini normallaşdırır və yaddaşı yaxşılaşdırır. Onların fikrincə, bu metodlar piylənmə və maddələr mübadiləsi pozuntuları ilə bağlı idrak problemlərinin qarşısının alınmasında əsas rol oynaya bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Bakının Sabunçu rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, paylaşımda deyilir:
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin