Bu gün Beynəlxalq ailə günü qeyd edilir – ailənin cəmiyyətin təməl daşı olduğunu xatırladan bir gündür. 1993-cü ildən bəri qeyd olunan bu gün, ailə bağlarını gücləndirmək və hər bir fərdin bir-birinə qarşı daha anlayışlı və dəstəkverici olmasını təşviq etmək məqsədini güdür.
Ailə, yalnız qan əlaqəsi ilə deyil, həm də qarşılıqlı sevgi, hörmət və dəstəklə formalaşır. Ailə içində hər bir üzvün ehtiyaclarına hörmətlə yanaşmaq, qarşılıqlı anlayış yaratmaq, birlikdə keçirdiyimiz zamanın dəyərini bilmək, həyatda qarşımıza çıxan çətinliklərə qarşı bir arada durmaq – bunlar həyatın ən qiymətli dərsləridir.
Beynəlxalq Ailə Günü, bu dəyərləri bir daha təbliğ etməyə, ailələrə dəstək olmağa və cəmiyyətin hər bir fərdini güclü bağlarla birləşdirməyə çağırır. Unutmayaq ki, hər bir ailə fərdi, ailənin bütövlüyünü qoruyaraq həm şəxsi inkişafına, həm də cəmiyyətə fayda verə bilər.
Xanım Aydın