Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/14/2025

Paylaşın

GÜNDƏM

BDYPİ piyadaları bir daha qaydalara ciddi əməl etməyə, yolu keçərkən diqqətli və məsuliyyətli olmağa çağırır

“Piyadavurma hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadalar yollarda daha diqqətli və məsuliyyətli davranmalıdırlar”.

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:

“Müşahidələr göstərir ki, piyada vurulması ilə nəticələnən qəzaların böyük hissəsi piyadaların yolu müəyyən olunmamış yerlərdən keçməsi, nəqliyyat vasitələrinin qarşısına qəfil çıxması, yolu keçərkən ətrafı lazımi qədər qiymətləndirməməsi və ümumilikdə qaydalara etinasız yanaşması ilə bağlıdır. Bu cür qayda pozuntuları bir çox hallarda ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur”.

BDYPİ piyadalara xatırladıb ki, yolu yalnız piyada keçidlərindən, yeraltı və yerüstü keçidlərdən istifadə etməklə keçmək, işıqforun siqnallarına əməl etmək və hərəkətə başlamazdan əvvəl sürücülərlə göz təması yaratmaq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

“Yolu keçərkən mobil telefondan və qulaqlıqlardan istifadə diqqəti yayındırır və qəza ehtimalını artırır. Eyni zamanda, dayanmış nəqliyyat vasitələrinin önündən qəfil yola çıxmaq və qaçaraq yolu keçməyə cəhd etmək həyatınıza bir anda son qoya bilər, çünki bu hal sürücülərin sizi vaxtında görməsini və manevr etməsini, demək olar ki, mümkünsüz edir.

BDYPİ piyadaları bir daha qaydalara ciddi əməl etməyə, yolu keçərkən diqqətli və məsuliyyətli olmağa çağırır.

Unutmayaq ki, təhlükəsiz davranış nümayiş etdirən hər bir piyada həm öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini qorumuş olur”, – deyə məlumatda bildirilib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Noyabrın 13-də ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılış mərasimi keçirilib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin